"Hər iki halda Azərbaycanın mövqeyi ortadadır" ÖZƏL-MÜNASİBƏT

"Hər iki halda Azərbaycanın mövqeyi ortadadır" ÖZƏL-MÜNASİBƏT

“Prezident İlham Əliyev Real televiziyasında müsahibəsində bildirdi ki, “bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir”. Hesab edirəm ki, hər iki məsələdə Prezidentin mövqeyi düzgündür. Azərbaycan istər 2016-cı ilin aprel hadisələrində, istərsə də 2018-cı ildəki Naxçıvan əməliyyatlarında Ordumuzun ortaya qoyduğu mövqe və əldə etdiyi nailiyyətlər təbii ki, Azərbaycan xalqını ümidləndirdi”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, ölkəmizin son 20 ildə ən azı belə bir ümidi yox idi: “Cənab Prezident həmin müsahibədə o mövqeyi açıqladı. Eyni zamanda biz sülh danışıqlarından da imtina etmirik. Yəni hər iki halda Azərbaycanın mövqeyi ortadadır və ölkəmiz bu mövqedən daha güclüdür. Düşünürəm ki, bu kimi addımlar 2019-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu ola bilər. Bütün hallarda Ermənistan baş naziri Nikol Paşinyanın atdığı addımlar kifayət qədər qeyri adekvatdır. O mənada ki, Azərbaycan nə qədər sülh mövqeyindən çıxış edirsə, Ermənistan da bir o qədər onun əleyhindən çıxış edir. Bu mənada Azərbaycanın atacağı hər hansı yeni bir addım Azərbaycan ərazisinin müəyyən hissəsinin ən azı azad olunması ilə nəticələnəcək. Bu birmənalıdır. Ona görə də biz 2019-cu ildən çox şeylər gözləyirik. Əgər bu sülh yolu ilə olmayacaqsa, ölkəmizin başqa çıxış yolu qalmır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə