“Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Mayk Pompeo ilə arasında olan telefon danışığında orta və yaxın mənzilli raketlərin ləğvinə dair müqavilə ilə bağlı məsələni müzakirə etmədiklərini bildirib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən Lavrov qeyd edib ki, Rusiya bu məsələ ilə bağlı danışıqların başlanmasını təşəbbüs edən tərəf olmayacaq.
“Nə vaxt həmkarlarımız məsələni müzakirə etmək üçün yetkin olacaq, o zaman biz onlarla məsələ ətrafında peşəkar konkret, qeyri-siyasiləşdirilmiş söhbət aparmağa hazır olacağıq. Ötən gün Pompeo bu mövzuya toxunmadı. Demək amerikalılar hələ də buna hazır deyillər”, - deyə Lavrov qeyd edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 2-də Vaşinqtonun Rusiya orta və yaxın mənzilli raketlərlə bağlı müqavilədən çıxarılması prosedurunun başlanacağını açıqlamışdı. ABŞ prezidenti eyni zamanda müqaviləni əvəz etmək üçün yeni müqavilə bağlamaq imkanını istisna etmədiyini də açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB