"Paşinyan auditoriya qarşısında siyasi gedişlər edir" AÇIQLAMA-ÖZƏL
“İşğalçı ölkənin media qurumlarında yayılmış müharibə iddiaları diplomatik danışıqlara mane olmaq cəhdidir. Ermənistan və Azərbaycan arasında müharibə ab-havası yoxdur. Bunu sadəcə olaraq bəzi ekspertlər tez-tez gündəmə gətirirlər”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
Ermənistanda vəziyyətin gərgin olduğunu deyən siyasi şərhçi bildirib ki, bu fonda nəyin bahasına olursa-olsun, danışıqların qarşısı alınmağa çalışılır: “Məlumdur ki, Robert Koçaryan həbs edilib, Serj Sarkisyan isə istintaqa cəlb edilib.
Bir tərəfdən isə KTMT-nin yeni baş katibi məsələsi ilə bağlı bu quruma üzv dövlətlərlə Paşinyan arasında gərginlik var. Paşinyan Belarusun bu postu tutmasına etiraz edir. Eyni zamanda Rusiyadan qırıcının alınmasından sonra Ermənistandan o anonslar verilir ki, danışıqlar baş tutmasa, müharibə başlayacaq. Əlbəttə, Nikol Paşinyan hakimiyyətinin özü də çətin vəziyyətdədir. Buna görə də Rusiyaya yarınmaq üçün bir sıra addımlar atırlar. Nəticədə İrəvan 83 nəfər hərbi kontingentini Suriyaya göndərdi, ABŞ isə buna etiraz olaraq bəyanat yaydı. Belə bir şəraitdə Paşinyan hakimiyyəti müharibə ehtimalını gündəmə gətirməklə bunu həm daxili, həm də xarici auditoriyaya yönəldir ki, baş verənlər müharibə ilə nəticələnəcək, Azərbaycan Qarabağda əməliyyatlara başlayacaq ”.
A. Nağıyev bir neçə gündən sonra Münhendə Azərbaycan-Ermənistan XİN başçıları arasında keçiriləcək görüşünə toxunaraq söyləyib ki, bu baxımdan da Paşinyan hakimiyyəti müharibə məsələsini qabartmaqla həm daxili, həm də xarici auditoriya qarşısında siyasi gedişlər edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB