ABŞ prezidenti Donald Trampla Çin Xalq Respublikasının sədri Si Cinpin arasında növbəti görüş Amerika prezidentinin Floridada yerləşən iqamətgahında baş tuta bilər. SİA-nın xarici mətbuata istiandən verdiyi xəbərə görə, Trampın məsləhətçiləri qeyri-rəsmi şəkildə Mar-a-Laqo iqamətgahının növbəti görüş üçün mümkün yer kimi müzakirə edir. Məlumata görə, görüş ABŞ-Çin arasında ticarət müharibəsinin sona çatmasına səbəb ola bilər.
Görüş mart ayına təyin edilə bilər.
Digər mənbələrdə yazılan məlumata görə, görüş üçün Pekin də daxil olmaqla digər yerlərə də baxılır. Hələlik son qərar qəbul edilməyib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB