Rusiya, Türkiyə və İran İdlibi və ABŞ-ın Suriyadan çıxmasını müzakirə edəcəklər

Rusiya, Türkiyə və İran İdlibi və ABŞ-ın Suriyadan çıxmasını müzakirə edəcəklər

Rusiya, Türkiyə və İran prezidentləri – Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani fevralın 14-də Suriya ilə bağlı keçirilən Soçi sammitində İdlibdəki vəziyyəti, ABŞ-ın qoşunlarını çıxarmaq niyyəti və siyasi prosesləri müzakirə edəcəklər. SİA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

“Yer üzündəki vəziyyət hər zaman Astana formatının gündəmində durur. Xüsusilə də İdlibdə vəziyyətdən bəhs edilən bütün detallar geniş şəkildə müzakirə olunacaq”, - deyə Verşinin söyləyib.

Onun sözlərin görə, bundan əlavə danışıqların gündəliyində yer üzündə baş verənlərin təhlili, stabilizasiyanın təmin edilməsi üçün Astananın üç dövləti tərəfindən koordinasiyası, terrorla mübarizə aparmaq və Suriyada terror hücumlarının qarşısını almaq da daxildir: “Əlbəttə, orada siyasi proses və ölkənin post-konflikt inkişafı məsələləri müzakirə olunacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə