Xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevral ayının sonunda İrana səfər edəcək. SİA xəbər verir ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Bakıda keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.

Onun sözlərinə görə, nazirin səfəri çərçivəsində keçirəcəyi görüşlərdə bir sıra mühüm məsələlər, həmçinin ikitərəfli münasibətlər müzakirə olunacaq.

Səfir, eyni zamanda qeyd edib ki, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Novruz bayramından sonra üçtərəfli görüşü baş tutacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə