"İŞİD-ə qarşı mübarizə aparmağa məcburuq"

"İŞİD-ə qarşı mübarizə aparmağa məcburuq"

Türkiyə Suriyada ABŞ-ın tərk edəcəyi bölgələrdə terrorla mübarizədə məsuliyyət üzərinə götürməyə hazırdır. SİA-nın "Anadolu"ya istinadla verdiyi xəbərə görə, bunu ABŞ Ticarət Palatası üzvləri və Ankarada Türk-Amerikan Şurası üzvləri ilə görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Biz bütün terror təşkilatları, o cümlədən ölkəmizi, bölgəni və dünyani təhdid edən İŞİD-ə qarşı mübarizə aparmağa məcburuq", deyə o bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq və onu idarə etmək üçün bütün imkanlara sahibdir: "Bizim yalnız müttəfiqlərimizin lojistik dəstəyinə ehtiyacımız var".

Prezident Ərdoğan Suriyadakı təhlükəsizlik zonalarında qaçqın düşərgələri üçün konteyner şəhərciyinin təşkil edilməsini təklif edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə