"Azərbaycan Minsk qrpunun tərkibinin dəyişdirilməsini tələb etməlidir” ÖZƏL-ŞƏRH

"Azərbaycan Minsk qrpunun tərkibinin dəyişdirilməsini tələb etməlidir” ÖZƏL-ŞƏRH

“Bu ay gözlənilən Azərbaycan və Ermənistan XİN əməkdaşlarının görüşü yaxın aylarda gerçəkləşməsi ehtimal olunan zirvə görüşündə əldə olunacaq razılaşmaların yekun protokollarının layihəsinin təsdiqi ola bilər”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, son görüş zamanı tərəflər hər iki xalqı sülhə hazırlamaq barədə bəyanatlar verdilər: “Bu bəyanata qarşı hər iki cəbhədən kifayət qədər təpki olmasına baxmayaraq böyük sülh sazişinin imzalanması üçün başqa yol yoxdur. On minlərlə şəhid vermiş, dədə-baba yurdlarını itirmiş insanlara bu təbliğatı qəbul etmək çox çətin olsa da danışıqlardan konkret nəticə əldə etmək üçün prosesə start verilməlidir. Vətəndaş cəmiyyətləri bir qədər fəallıqlarını artırmalıdırlar. Problemin həlli ilə məşğul olan beynəlxalq təşkilatlar və üzərimizə götürdüyümüz öhdəliklər altında bu işləri görmək vacibdir. Lakin proses eyni zamanda işğalçı tərəfindən də aparılmalıdır. Bu yaxınlarda Paşinyanın Fransada erməni diasporu qarşısında çıxışı zamanı Ermənistanın kompromisə hazır olduğunu, lakin bunu ilk olaraq Azərbaycanın etməsini dilə gətirməsi bir qədər sürüşkən mövqe kimi dəyərləndirirəm. Onsuz da Azərbaycan tərəfi danışıqların sülh yolu ilə davam etdirilməsinə razılıq verməsi ən böyük kompromisdir. Bundan artığını Azərbaycandan ilk addım əvəzinə nə isə istəmək doğru deyildir. Danışıqlar öncəsi Fransa və Rusiya bir-birinin ardınca Ermənistana xüsusi dəstəklərini nümayiş etdirirlər.

Fransa prezidentinin Avropa ermənilərin toplantısında ölkəsinin qondarma “erməni soyqırımı”nı rəsmi anım günü kimi tanıyacağı bəyanatı və Rusiyanın Ermənistana müasir döyüş təyyarələrini uzunmüddətli kredit əsasında verməsi danışıqlar ərəfəsində Paşinyana ruh vermək məqsədi daşıyır. Dağlıq Qarabağ probeliminin həlli ilə məşğul olan Fransa və Rusiyanın tərəf saxlaması və Ermənistana iqtisadi, siyasi və mənəvi dəstək verməsi danışıqların heç də rahat keçməyəcəyinə işarədir. Lakin biz öz səyylərimizi davam etdirməliyik. Bu yazın sonuna qədər konkret nəticə əldə olunmasa Azərbaycan ATƏT-in Minsk qrpunun tərkibinin dəyişdirilməsini tələb etməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə