"Prezidentin gənclərlə səmimi görüşü bizim üçün böyük stimul oldu" ÖZƏL-RƏY
“Bu gün müstəqil Azərbaycanda gənclər hərəkatı yeni bir mərhələyə qədəm qoyub. Beləliklə, gənclərimizin müstəqil platformada öz fikir və ideyalarını ifadə etmək şansları yüksəkdir. Artıq gənclərin qarşısına, ideyalarını müstəqil şəkildə həyata keçirmələri üçün heç bir məhdudiyyət qoyulmayıb. Danılmaz faktdır ki, Azərbaycanda gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”. Bunu SİA-ya YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin üzvü Ənvər Haqverdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda gənclər siyasətinin formalaşması ilə bağlı imzalanmış sərəncamlar, qanunlar və digər qanunverici aktlar, bir daha sübut edir ki, Azərbaycan təkcə Qafqaz bölgəsində deyil, hətta dünyada gənclər hərəkatının inkişafına böyük əhəmiyyət verən dövlətlərdəndir: “Bu gün istər dövlət idarəçiliyində, istərsə də özəl strukturlarda gənclərin fəallığı aydın hiss olunur. Təbii ki, bu fakt bizi çox sevindirir. Müasir gəncliyimizin real vəziyyəti ondan ibarətdir ki, onlar əvvəlki dövrün gəncləri ilə müqayisədə daha effektiv ideyalarla çıxış edirlər. Bu gün geniş informasiya mübadiləsinin aparılması gənclərimizə daha geniş imkanlar yaradır.
Qeyd edim ki, mən də, bir qrup gənclə birlikdə bu günlərdə "Bakı Konqres Mərkəzi"ndə Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika Toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə iştirak etmişəm. Tədbirlə bağlı təəssüratlarım zəngindir. Cənab Prezidentin gənclərlə səmimi görüşü bizim üçün böyük stimul oldu. Cənab Prezidentin gənclərlə səmimi, dost kimi dialoq formasında nitqini qurması, böyük səmimiyyətlə öz gənclik illərini xatırlaması və o dövrlərdə gəncliyin qarşılaşdığı çətinlikləri bugünkü gəncliyin nəzərinə çatdırması böyük əhəmiyyətə malik hadisə oldu. Azərbaycan gənclərinin böyük imtiyazlara malik olduğunu qeyd edən Cənab Prezident, gənclərin qarşısında konkret vəzifələr qoyaraq, Azərbaycanın gələcək inkişafının gənclərin əlində olduğunu xüsusi vurğuladı. Biz ölkəmizi dünya dövlətləri arasında nüfuzlu bir ölkəyə çevirən Prezidentimizlə fəxr edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB