Erməni jurnalistləri ölkənin ikinci prezidenti Robert Koçaryanın apellyasiya məhkəməsinin onun həbsdə qalması ilə bağlı verdiyi qərara münasibətini öyrəniblər. SİA panorama.am-a istinadən xəbər verir ki, Koçaryanın münasibətini onun vəkili Ayk Alumyan ictimailəşdirib.
Apellyasiya məhkəməsinin Robert Koçaryanın vəkillərinin şikayəti əsasında keçirdiyi məhkəmə iclası və verilmiş 7 fevral qərarına görə, Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət olunacağını deyən Alumyan qeyd edib ki, artıq Koçaryan bu iş üzrə siyasi təqiblərə məruz qaldığından şübhə etmir. “Bizimlə söhbətində o bir daha əmin olduğunu deyib ki, bu iş üzrə ədalət hökm etmir, bunun adı siyasi təqibdir”, erməni vəkil Robert Koçaryanın sitatını gətirib.
Ayk Alumyan bir daha vurğulayıb ki, məhkəmənin qərarı ümumiyyətlə, hər hansı bir hüququ əks etdirmir: “Əgər öz işinə yeni başlamış məhkəmə işçisi bizim tərəfimizdən təqdim edilmiş apellyasiya şikayətinə baxarsa, orada cənab Koçaryanın azad olunmasına ən azı 10 ayrı-ayrı əsasları müəyyən edə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB