Xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edilib
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qərargahında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Xüsüsi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım İctimai Birliyi tərəfindən reallaşdırılan “Xüsusi qayğıya ehtiyacı olan yaradıcı gənclərin cəmiyyətə tanıdılması» məqsədilə onların sərgilərinin təşkili” layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edilib. İki gün davam etmiş sərginin açılış mərasimində çıxış edən “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım” İctimai Birliyinin sədri Vüsalə Kərimova, Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və başqaları bildirirlər ki, keçirilən bu layihədə əsas məqsəd uşaqların faydalı əməyə cəlb edilməsi, həyat bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyasıdır. Çıxışçılar bu gün Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün həyata keçirilən işlərdən, I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu sahədəki fəaliyyətindən, əldə olunan nəticələrdən və nailiyyətlərdən danışıblar.Çıxışlardan sonra xüsusi qayğıya ehtiyacı olan balacaların ifa etdikləri rəqslər tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Sonra sərgiyə baxış keçirilib. Qeyd edək ki, əl işlərinin satışından əldə olunan vəsait xüsusi qayğıya ehtiyacı olan uşaqların ehtiyacları üçün sərf ediləcək.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB