"Biz güclünün haqlı olduğu deyil, haqlının güclü olduğunu qəbul edirik. Suriyada yeni konstitusiya və azad seçki prosesini səmimiyyətlə dəstəkləyirik”. SİA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında çıxış edərkən deyib.
O bildirib ki, Türkiyədəki terroristlərin təhdid səviyyəsi Suriyadakı terroristlər ilə eynidir: “Suriya məsələsini həyatı bir yerə qoyuruq. Münbiç məsələsi ortada qaldıqca rejimin bu bölgəyə qarşı həvəsi də şiddətlənir. ABŞ və Türkiyənin nəzarəti ilə bölgəni təhlükəsiz əraziyə çevirməsək, göbəyimizi özümü kəsəcəyik. ABŞ tərəfindən qarşımıza qoyulan hər hansı plan yoxdur. Münbiçdəki terroristlər bir neçə həftə ərzində həmin ərazidən çıxarılmasa, bizim gözləmə müddətimiz sona çata bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB