Nikol Paşinyanın hökuməti iqtisadi tənəzzüldən çıxa bilmir ANALITIK

Nikol Paşinyanın hökuməti iqtisadi tənəzzüldən çıxa bilmir ANALITIK

Karlen Xaçatryan: “Hakimiyyət iqtisadiyyatda vakkum yaradıb”

Yerevan dövlət universitetinin biznes və idarəetmə kafedrasının müdiri, iqtisadçı Karlen Xaçatryan hesab edir ki, 2018-ci il iqtisadi planda da çətin il olub. SİA xəbər verir ki, o bu barədə aysor.am-a açıqlamasında bildirib. “Qeydə almaq lazımdır ki, ölkəmizdəki hakimiyyət dəyişikliyi bir neçə ayda iqtisadiyyatda vakkum yaradıb”, deyən erməni iqtisadçı həmçinin bildirib ki, sahibkarlıq subyektlərində qeyri-müəyyənlik yaranıb və bu, avqust-sentyabr aylarında oyun qaydalarına, iqtisadi aktivliyin enişinə səbəb olub.

Xaçatryan hökumətin iqtisadi fəallığın 5%-lik artımı ilə bağlı bəyanatlarına da fikir bildirib: “İqtisadi aktivliyin 5%-dən bir az çox olmasını qanunauyğunluq kimi hesab etmək olar, lakin bu, bizim gözlədiyimiz deyildi”.

Erməni iqtisadçı: “Hökumət hər hansı bir ciddi iqtisadi proqram qəbul etməyib”

Karlen Xaçatryan hakimiyyətin sürətli iqtisadi inkişaf vədlərinə də ilginc münasibət bildirib və qeyd edib ki, reallığa qalanda bir neçə ayda sürətli iqtisadi inkişafı təmin etmək çətindir və mümkün deyil. İqtisadçı bundan əlavə onu da bildirib ki, bunun üçün müəyyən şərtlər lazımdır: “Etiraf etmək lazımdır ki, 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra, hökumət hər hansı bir ciddi iqtisadi proqram qəbul etməyib, diqqət mərkəzində siyasi məsələlər çoxluq təşkil edib – növbədənkənar parlament seçkilərinin keçirilməsi, korrupsiyaya qarşı mübarizə və s. İqtisadiyyatın fəallaşması üçün addımların atılması istiqamətində iqtisadi proqramlar qəbul edilməyib və bu, 2019-cu ilin büdcə layihəsində də əks olunmaqdadır. Əgər biz 2019-cu ilin dövlət büdcəsi ilə 2018-ci ilin büdcəsini tutuşdurarsaq, heç nəyin köklü şəkildə dəyişmədiyini deyə bilərik”.

Erməni iqtisadçı statistika komitəsinin istehlakmı tələbatının 2,5 % artması ilə bağlı hesabatına da münasibətini açıqlayarkən deyib ki, bu faktın özü də sosial problemlərin yaranmasına səbəb olmaqdadır. O, qiymət artımlarının olmasına rəğmən, əmək haqlarının artmamasına diqqət çəkib, eyni zamanda, kənd təsərrüfatının da inkişafdan kənar qaldığını deyib.

“Verdikləri vədlərini reallaşdırmaq üçün hökumət daha aqressiv iqtisadi siyasət aparmalıdır, xüsusilə, biznes mühitinin yaxşılaşdırılması üçün. Əks halda, xalqın gözləntiləri doğrulmamış qalacaq”, Karlen Xaçatryan bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə