İraq prezidenti Trampı tənqid etdi

İraq prezidenti Trampı tənqid etdi

İraq prezidenti Bəhram Saleh ABŞ prezidenti Donald Trampı İranı müşahidə altında saxlamaq üçün İraqda olan hərbçiləri ölkədən çıxarmayacağı ilə bağlı bəyanatını tənqid edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bəhram Saleh bildirib ki, Tramp bunun üçün onlardan icazə almayıb.

Onun sözlərinə görə, İraqdakı Amerika qoşunları yalnız bir məqsədi var ki, o da “İslam Dövləti”nə qarşı ilə mübarizə aparmaqdır.

Bəhram Saleh qeyd edib ki, İraq Konstitusiyası qonşu ölkələrin maraqlarını və təhlükəsizliyini təhdid etmək üçün ölkə ərazisinin istifadəsini qadağan edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə