Emin Həsənli: "Müxalifət məhvə məhkumdur "

Emin Həsənli: "Müxalifət məhvə məhkumdur "

"Müxalifət düşərgəsini təmsil edən bu şəxslərin birgə fəaliyyət göstərməsi inandırıcı görünmür". Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, siyasətə gəldikləri gündən bu günə qədər İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı və Cəmil Həsənli bir-biriləri ilə yola getməyiblər: "Hər zamanda çalışıblar ki, biri digərindən üstün olsun. Yəni bir-birlərinin varlıqlarını qəbul etməyiblər və etməkdə istəməyiblər. Belə olan halda adları çəkilən şəxslərin hansısa bir formatda birləşmələri mümükün deyil. Müxalifət xaricdən maliyyə yardımları almaqla öz çirkin niyyətlərini və planlarını həyata keçirməyə çalışıb. Görünür, pul verən ağaları onlara birləşmək barədə, komanda verilib. Yəni onları bir yerə yığan "ağaları"dır. Bir sözlə, nə qədər sıfırları toplasan cəmi sıfır edir. Bu baxımdan da, adları çəkilən şəxslərin bir ayara gəlməsinin heç bir əhəmiyyəti və təsiri olmayacaqdır. Çünki xalqın bu qüvvələrə heç bir dəstəyi yoxdur. Belə olan halda da müxalifət məhvə məhkumdur".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə