"Prezidentin gənclərlə görüşdə söylədiyi tezislər çox vacib idi” ÖZƏL-ŞƏRH

"Prezidentin gənclərlə görüşdə söylədiyi tezislər çox vacib idi” ÖZƏL-ŞƏRH

“Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Gününə həsr olunmuş respublika toplantısında birmənalı olaraq bildirdi ki, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Mən həqiqətən Prezidentin dediyi bu fikirlərlə şərikəm. Hesab edirəm ki, Azərbaycanın əsas müdafiə məsələləri gənclərin üzərindədir”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, orduda bir növ gənclər xidmət keçir: “Təsadüfi deyil ki, dövlət başçısı iki nümunədən də söhbət açdı. Prezident həm 2016-cı ildəki Aprel döyüşlərindən, həm də Naxçıvandakı hərbi əməliyyatdan danışdı. Yəni gənclər savaşırlar və torpaqlarımızın geri qaytarılması uğrunda ölümə də gedirlər. Əgər xatırlayırsınızsa, Aprel döyüşləri zamanı Azərbaycanda hər bir gənc həmin döyüşlərdə iştirak etməyə can atırdı. Amma Ermənstandakı gənlər xidmətə zorla göndərilir. Çünki öz torpaqları olmadığı üçün ölmək də istəmirlər. Bizim gənclik isə torpaqlarımızın geri qayıtması üzərində canından keçməyə belə hazırdır. Azərbaycan dövləti də məhz bu baxımdan gənclər siyasətinə xüsusi önəm verir. Prezidentin gənclərlə görüşdə söylədiyi tezislər çox vacib idi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə