Nə qədər həyasız olmalısan ki... Armen Aşotyandan Nikol Paşinyana

Nə qədər həyasız olmalısan ki... Armen Aşotyandan Nikol Paşinyana

Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan özünün Facebook səhifəsində Nikol Paşinyanın Almaniyada Konrad Aadenauer Fondundakı çıxışını sərt şəkildə tənqid edib. SİA aysor.am-a istinadən xəbər verir ki, Aşotyanın sözlərinə görə o, Paşinyanın Konrad Aedenauer Fondunun mənzil-qərargahındakı çıxışının orijinalını dinləyib.

“Nikol Paşinyanın almanların Konrad Adenauer Fondundakı çıxışının orijinalını dinlədim. Nə qədər kompleksli olmalısan ki, xarici ölkədə, baş nazir statusunda olaraq, öz vacib nitqinin çox hissəsini mövcud hakimiyyətin tərifinə həsr edəsən?”, deyə sual edən sabiq iqtidar təmsilçisi digər məsələlərə də toxunub. “Nə qədər dar düşüncəli olasan ki, bizimlə Almaniya nasistləri arasında paralellər aparasan? Nə qədər prinsipiallıqdan kənar və həyasız olasan ki, bu sözlərindən sonra tənqid etdiyin keçmiş hakimiyyətin Avropa İttifaqı ilə Ermənistan arasında əldə etdiyi razılaşmasını yeni hakimiyyətin uğuru kimi təqdim edəsən?”, Armen Aşotyan statusunda yazıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə