İranın neft naziri Məsud Mirkazeminin Azərbaycana səfəri başlayıb
İran İslam Respublikasının neft naziri Məsud Mirkazemi bu gün Azərbaycana rəsmi səfər edəcək. SİA-nın əldə etdiyi xəbərə görə, səfər çərçivəsində iranlı nazir Prezident İlham Əliyevlə, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşülərinin keçirilməsi nəzərdə tutulub.
Görüşlər zamanı neft sektorunda əldə olunan uğurlar və iki tərəfli əməkdaşlıq barəsində müzakirələr aparılacaq. Eyni zamanda iki dövlət arasında neft sahəsində sazişin imzalanması da gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB