Paşinyanın iqamətgahından oğurluq edilib

Paşinyanın iqamətgahından oğurluq edilib

Ermənistanın baş naziri Nikol Paşinyanın Baqramyan prospektində yerləşən iqamətgahından oğurluq olub. SİA-nın erməni mətbuatına istinadla verdiyi xəbərəgörə, 4 xatirə sikkəsi oğurlanıb.

Hökumət başçısı Aparatının istismar bölməsinin rəisi bildirib ki, yanvarın 25-30 tarixi arasında baş nazirin iqamətgahında 3-cü mərtəbədəki stenddən xatirə sikkələri oğurlanıb.

Fakta bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə