Spiker: "Güman edirəm ki, gürcü hökuməti bu məsələyə diqqət edəcək"
Milli Məclisin spikeri Oqtay Əsədov Gürcüstanda ermənilərin məskunlaşdığı ərazidə Qarabağ müharibəsində iştirak etmiş Mixail Avaqyana büstün qoyulması məsələsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, parlamentin buyaz sessiyasının bu gün keçirilən plenar iclasında çıxış edən O.Əsədov deyib: “Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın səfirini nazirliyə dəvət edib. Azərbaycanın gürcüstandakı səfəri də həmin ölkənin Xarici İşlər Nazirliyində olub. Bu məsələ ilə bağlı iş gedir. Güman edirəm ki, gürcü hökuməti bu məsələyə diqqət edəcək və bu məsələlər öz həllini tapacaq”.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB