Dövlət Sərhəd Xidməti erməni casusun Azərbaycandan İrana keçməsi barədə yayılan məlumatlarla münasibət bildirib

Dövlət Sərhəd Xidməti erməni casusun Azərbaycandan İrana keçməsi barədə yayılan məlumatlarla münasibət bildirib

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) İranın Norduz nəzarət buraxılış məntəqəsində erməni mənşəli ABŞ vətəndaşlının saxlanılması barədə bəzi KİV-lərdə yer alan xəbərlərə dair açıqlama yayıb. DSX-nın Mətbuat Mərkəzindən SİA-ya verilən məlumatda qeyd olunur ki, son günlərdə Azərbaycanda, eləcə də bir sıra xarici dövlətlərin informasiya vasitələrində casusluqda şübhəli bilinən 34, yaxud 55 yaşlı erməni vətəndaşı Xal Talayan (həmin şəxsin adı Xol, Hal, soyadı isə Falayan və ya Falalan kimi də qeyd olunur) adlı qadının yanvarın 7-də İranın Norduz nəzarət buraxılış məntəqəsində, yaxud Culfa şəhərində saxlanılması barədə ziddiyyətli və qarışıq məlumatlar yayılıb. "Məlumatların bəziləri həmin şəxsin Azərbaycan ərazisindən istifadə etməklə İrana keçməsi və ya Azərbaycan-İran sərhədində saxlanılması kimi yanlış təsəvvür yarada bilər. Bununla əlaqədar olaraq DSX bildirir ki, adı müxtəlif cür qeyd olunmuş elə bir şəxsin Azərbaycana gəlməsi və ya getməsi faktı qeydə alınmayıb", - deyə açıqlamada vurğulanır.

 

Qeyd edək ki, İranda casusluqda şübhəli bilinərək saxlanan ABŞ vətəndaşı Xal Talayanın İrana vizasız keçdiyi, axtarış zamanı onun üstündə casus avadanlıqları, o cümlədən dişlərinin arasına yerləşdirilmiş miniatür mikrofon aşkarlandığı barədə məlumat yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə