"Deyəndə ki, diktaturaya doğru gedirik, heç kim inanmırdı" ŞARMAZANOV
Demək olar ki, hər gün hakimiyyətdən narazı olanların sayı artır. SİA xəbər verir ki, bunu Ermənistanın sabiq spikeri Eduard Şarmazanov Facebook vasitəsi ilə çıxdığı canlı yayımda bildirib.
“Dünən məlum olub ki, Ermənistan hökumətində nə az, nə çox “danışan” biri peyda olub və bu danışan xalq deyil, meydanlara çıxan publika deyil, məhz baş nazir Paşinyandır”, deyə Şarmazanov qeyd edib.
Sabiq spiker onu da bildirib ki, artıq reallıq dəyişilib: “Məgər sizlərin hər biriniz baş nazirsiniz və siz danışmalısınız, necə deyirsinizsə, elə də olacaq deyən o deyildimi? Mən sizə deyəndə ki, diktaturaya doğru gedirik, heç kim inanmırdı”.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB