"Prezident tərəfindən şəhid ailələri üçün hər cür şərait yaradılır" RƏY-ÖZƏL

"Prezident tərəfindən şəhid ailələri üçün hər cür şərait yaradılır" RƏY-ÖZƏL

"Azərbaycanda şəhid ailələri həm dövlət, həm də cəmiyyət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunur. Bir neçə gün bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bir qrup şəhid ailəsi ilə görüşü, dövlət başçısı tərəfindən şəhid ailələri üçün birdəfəlik yardımla bağlı imzalanan fərmanın, daha sonra isə bu kateqoriyadan olan şəxslərin təqaüdlərinin artırılması istiqamətində atılan addımlar buna bariz nümunədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin üzvü, deputat İlham Məmmədov deyib.

Azərbaycan Prezidenti tərəfindən şəhid ailələri üçün hər cür şəraitin yaradıldığını deyən deputat söyləyib ki, atılan addımlar sayəsində şəhid ailələrinə mənzillər təqdim edilir, müxtəlif müavinətlər verilir.

O bildirib ki, ümumiyyətlə ölkəmizdə şəhid ailələrinin bir sıra üstünlükləri var: “Belə ki, onların işə düzəlməsində güzəştlər olunur, şəhid ailələrinin övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var, güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq, güzəştli ipoteka kreditləri verilir”.

İ. Məmmədov vurğulayıb ki, Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir: “Görülən işlər nəticəsində şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə daha da yaxşılaşır, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə