“Müxalifətin addımlarına nəzər salsaq görərik ki, bunlar ancaq Azərbaycan xalqının yaralı yerlərinə toxunaraq spekulyasiya ilə məşğuldurlar”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, bunlar 20 yanvar ümumxalq hüzn günü şəhidlərimizə hörmətsizlik edib ziyarətə gələn insan toplumunun çoxluğundan yararlanmağa cəhd etdilər: “Dünyanın hansı ölkəsində müxalifət hüzn günündə bu cür addım atır? Bunların addımı xalqına, şəhidinə qarşı hörmətsizlik idi. Bundan başqa şəhid ailələrinin adından danışmaq onları çaşdırmaq yolu ilə pafoslu çıxışlarla gündəm qazanmaq. Yaxud gənc bir məhbus ətrafında ajiotaj yaratmaqla guya ki, onun dərdinə qalırlar xal qazanmaq və xarici havadarlarında daha çox maliyyə əldə etmək. Budur bunların mövqeyi və tutduqları yol. Əslində bunların xalq arasında dayağı və mövqeyi yoxdur buna görə də heç də narahat deyillər ki nüfuzdan düşürlər. Bunlar bir məsələdə narahatdırlar xarici maliyyənin kəsilməsindən. Ona görə də bütün gücləri ilə qara yaxmaq, şər böhtan atmaq, xalqı çaşdırmaq vasitələri ilə bu maliyyə qaynağını əllərində saxlamaq istəyirlər. Ancaq həmişə olduğu kimi bunların bütün bu şouları iflasa uğrayır. Cənab Prezidentin istər gənc məhbusla bağlı verdiyi göstəriş istərsə də şəhid ailələri ilə görüşü və bu görüşdə şəhidlərimizin adının uca tutulması, onlara qayğının aparılan sosial siyasətdə ön sırada durmasını bir daha sübut etməsi müxalifətin bu oyunbazlığına son nöqtəsini qoymuş oldu. Cənab Prezident bir daha şəhid ailələri ilə görüşdə dövlətin şəhidlərimizə göstərdiyi qayğı haqqında danışaraq rəqəmlərlə göstərdi ki, dünyanın heç bir yerində olmayan dövlət qayğısı Azərbaycanda vardır və bu həyata keçirilmişdir. Cənab Prezidentin bu görüşdə evi olmayan heç bir şəhid ailəsi qalmayacaq ifadəsi isə bu qayğının necə yüksək bir zirvədə olduğunu bir daha bəyan edilməsi idi. Mən də öz növbəmdə bu qayğıya görə şəhid ailələri ilə bağlı məlum son fərmana görə Cənab prezidentə öz minnətdarlığımı bildirirəm. Müxalifətin isə həmişə olduğu kimi bu dəfə də xalqı çaşdırmaq niyyəti puç oldu və iflasa uğradı. Artıq fikir vermisinizsə onların sosial şəbəkələrdəki qara yaxma kompaniyalarına baxış sayları tamamilə yenmişdir. Elə bu faktın özü onların iflasının sübutudur. İstər şəhid ailəsi olsun, istər Qarabağ qaziləri, əlillər və digər sosial zümrələr bütün xalq öz prezidentinin apardığı siyasətdən razıdır və onun ətrafındadır. Xalqı çaşdırmaqla heç nəyə nail olmaq mümkün deyil, bunun axırı rüsvayçılqdır ki, müxalifət zaman-zaman bunu qazanıb”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB