"Nəsimi geniş şəkildə araşdırılacaq, yeni əsərlər meydana gələcək" RƏY-ÖZƏL

"Nəsimi geniş şəkildə araşdırılacaq, yeni əsərlər meydana gələcək" RƏY-ÖZƏL

"Uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzində olan, milli-mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan Nəsimi irsi Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə verdiyi sərəncamından sonra daha geniş şəkildə araşdırılacaq və bu da incəsənətin bir çox janrlarında Nəsimi mövzusunda yeni-yeni əsərlərin meydana gəlməsinə təkan verəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva deyib.

Ölkə başçısının 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinin Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə çox böyük töhfə oluduğunu dilə gətirən deputat söyləyib ki, dövlət başçısının sərəncamında qeyd olunduğu kimi, İmadəddin Nəsimi bədii və fəlsəfi fikir tariximizdə dərin iz qoymuş mütəfəkkir şairdir: "Onun yaradıcılığı insanların mənəvi əxlaqi cəhətdən kamilləşməsində müstəsna rol oynayır. Bütün zamanlarda olduğu kimi, indi də İmadəddin Nəsiminin zəngin irsi hər bir insanı anladır ki, mənəvi-əxlaqi idealları qorumaq, yaşatmaq və inkişaf etdirmək lazımdır".

S.Əliyeva vurğulayıb ki, Nəsimi yaradıcılığı Şərq xalqlarının zəngin sərvətlər xəzinəsindən biridir: "Onun haqqında geniş araşdırmalar aparılsa da, bütün bunlar böyük şairin təbliği və tədqiqi üçün azlıq təşkil edir. Hesab edirəm ki, dahi şair daha dərindən araşdırımalı və təbliğ olunmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə