"Əli Kərimli və Arif Hacılı vəzifə və pula görə, hər cür alçaqlığı edərlər "

"Əli Kərimli və Arif Hacılı vəzifə və pula görə, hər cür alçaqlığı edərlər "

"Dayaz düşüncəli insanlar siyasətlə məşğul olanda həmin siyasət çirkin olur". Bunu SİA-ya açıqlamasında ASDP-nin sədri millət vəkili Araz Əlizadə deyib.

Onun sözlərinə görə, hər şey insanlardan asılıdır: "Yəni vəzifə insana yaraşıq gətirmir, insan vəzifəyə yaraşıq gətirir. Əli Kərimlinin, Cəmil Həsənlinin və Arif Hacılının mənəviyyatsızlığı 1988-ci ildən başlayır və bu gün də davam edirəm. Ona görə də, burda yeni bir söz deyə bilmərəm. Yalnız, bir şey deyə bilərəm ki, Əli Kərimli və Arif Hacılı vəzifə və pula görə, hər cür alçaqlığı edərlər. Sual edirəm, nə üçün indiyəcən bizim xüsusi xidmət orqanları Ə. Kərimliyə pul hardan gəlir, bu pulları necə alır, necə ötürür, necə xərcləyir və digər qaranlıq məsələlərə aydınlıq gətirməyə və ictimaiyyəti məlumatlandırmağa çalışmır. Özü də bu təkcə Ə.Kərimliyə aid deyil, o cümlədən bütün "Milli Şura"nın üzvlərinə aiddir".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə