Şarmazanov Paşinyanı hədəfə aldı

Şarmazanov Paşinyanı hədəfə aldı

“Ermənistan da daxil olmaqla, bir çox əksər ölkələrdə daha böyük dəstək görən hökumətlərin qısa müddətdə itirilməsi ilə bağlı çoxsaylı nümunələr var”

“Bu ərəfələrdə Paşinyan Sürkixdə elə bir bəyanatla çıxış edib ki, həmin bəyanatı ilk baxışdan eşitmək xoşdur, lakin gerçəkliyə qalanda ziddiyyətlidir”. SİA panorama.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Respublika partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov Facebook səhifəsində yazıb.

“O, qəyin ki, fərqli düşünənlərin boyunlarından tutularaq, asfalta yatızdırılma faktlarını unudub”

“Paşinyanın sözlərinə görə, faktiki olaraq, parlament seçkiləri Ermənistanda demokratik uğurları möhkəmləndirib”, deyə qeyd edən Şarmazanov erməni baş nazirinin həmin ifadələrinə qarşı bəzi xatırlatmalarını edib. SİTAT: “O, qəyin ki, fərqli düşünənlərin boyunlarından tutularaq, asfalta yatızdırılma faktlarını (Nikol Paşinyan, küçə yürüşləri zamanı onun düşüncələrini qəbul etməyənlərin boyunlarından tutularaq, asfalta yatızdırılmalı vacibliyi barədə fikirlə irəli sürürdü – R.N.) unudub. Nəticədə, Ermənistan parlamentində real müxalifət mövcud deyil. Parlament spikerinin seçilməsi zamanı 131 nəfərin yekdilliklə səs verməsi buna bariz sübutdur.

Paşinyan hökumətinin legitimliyindən və ictimai dəstəkdən danışır. Birincisi, Ermənistan da daxil olmaqla, bir çox əksər ölkələrdə daha böyük dəstək görən hökumətlərin qısa müddətdə itirilməsi ilə bağlı çoxsaylı nümunələr var. Belə görünür ki, Paşinyanın hakimiyyəti də bu istiqamətdə hərəkət edir”.

“Axı iqtisadiyyat mütəmadi olaraq məhv olursa, hansı iqtisadi inqilabdan danışmaq olar?”

Şarmazanov, Ermənistanın baş nazirinin digər iddialarına da cavab yazaraq bildirib ki, keçmiş iqtidar partiyası olaraq, onlar hakimiyyəti təhvil verərkən, ölkənin iqtisadi vəziyyəti indikindən daha yaxşı idi. “O, eyni zamanda, “iqtisadi inqilabdan” danışır. Əgər Respublika partiyası ona iqtisadiyyatı təhvil verərkən iqtisadi artım 10% idisə, 2019-cu ildə bu artım yalnız 4,9% olacaq. Axı iqtisadiyyat mütəmadi olaraq məhv olursa, hansı iqtisadi inqilabdan danışmaq olar?”

“Bütün bunlar xoş arzulara və sağlıqlara bənzəyir”

Respublika partiyasının mətbuat katibi Nikol Paşinyanın buraxdığı ciddi səhvlərin Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacağını gizlətməyərək, daxili siyasətlə yanaşı xarici siyasətdəki səhvlərini də yazıb, həmçinin iqtisadiyyatdakı uğursuzluqları da önə çəkib. Keçmiş iqtidar təmsilçisi sözügedən məsələləri mərhələlərə bölüb:

1. Hökumət başçısı Avrasiya İqtisadi İttifaqı çərçivəsində bunun mümkünlüyündən danışır, lakin unudur ki, cəmi 1,5 il əvvəl məhz o, bu ittifaqın tərkibindən çıxmaq təşəbbüsü ilə çıxış edirdi. İndi isə reallıqlar dəyişilib.

2. Paşinyan Ermənistanda sənayeni inkişaf etdirmək istəyir, lakin filiz sənayesini prioritet hesab etmir. Yəqin və çox güman ki, məhz buradan Alaverdi misəritmə kombinatının bağlanması, faktiki olaraq, 630 nəfərin işsiz qalması məsələsi yaranıb.

“Nəticədə biz, növbəti dəfə qeyri-ciddi proqramlar çərçivəsində çıxışları görürük, bunlar isə xoş arzulara və sağlıqlara bənzəyir”, deyə yazan Şarmazanov əlavə edib ki, o, Paşinyanın iqtisadiyyatın inkişafını istəməməsi ilə bağlı fikirlərə tərəf əyilməyib. “Lakin arzulamaq başqa, onu həyata keçirmək isə tamamilə ayrı məsələlərdir”, siyasətçi sözügedən statusunda qeyd edib.

Beləliklə, fakt budur ki, Nikol Paşinyanın baş nazir kimi fəliyyətinə hər gün artdıqca, onun siyasi məğlubiyyət faktorları da artmağa başlayır və keçmiş hakimiyyət nümayəndələri tərəfindən irəli sürülən ittihamların hər birindəki həqiqətlər də, göz önündədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə