Göygöldə ərik ağacı çiçək açıb

Göygöldə ərik ağacı çiçək açıb

Son dövrlər baş verən iqlim dəyişikliyi bizləri mövsümə xas olmayan hadisələrlə qarşılaşdırır. Yay aylarında qarın yağması, qışda isti hava şəraiti, ağacların vaxtından əvvəl bar verməsi və ya çiçək açması adi hal alıb.

Göygöl rayonunda da mövsümə uyğun olmayan təbiət hadisəsi baş verib. Yanvar ayında ərik ağacı çiçək açıb. Məsələyə münasibət bildirən Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvəçilik kafedrasının müdiri Zaur Həsənov SİA-nın bölgə müxbirinə bildirib ki, anomal hava şəraiti qeydə alınan mövsümdə rastlaşdığımız bu cür hadisələr heç də yaxşı göstərici sayılmır. Üstəlik, bu aylarda çiçək açan ağaclardan bar gözləmək yersizdir.

"Hazırda ərik ağacının vaxtında, yəni lazımı mövsümdə bar götürmək üçün çiçək açan budaqları kəsilməlidir. Çünki bu bitkinin daha tez inkişafına təkan verir", -deyə Z.Hüseynov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə