Dünyanın ən böyük iqtisadi tədqiqat şirkətlərindən olan "Pricewaterhouse" (PwC) tərəfindən hazırlanan hesabata görə, "E-7" olaraq tanınan Çin, Hindistan, Braziliya, Rusiya, Meksika, İndoneziya və Türkiyənin iqtisadi gücü 2020-ci ildə "G-7"nin iqtisadiyyatını üstələyəcək. SİA-nın "cnnturk"ə istinadən verdiyi məlumata görə, şirkətin əldə etdiyi nəticələr ABŞ və digər qərb ölkələrinin 2050-ci ildə Çin və Hindistandan geri qalacağını göstərir. Qeyd edək ki, "G-7"yə ABŞ, Yaponiya, Almaniya, Fransa, İngiltərə, İtaliya və Kanada daxildir.
PwC iqtisadçıları illərdir ki, inkişaf etməkdə olan ölkələrdə baş verən iqtisadi prosesləri izləyir. Şirkət bunun üçün Dünya Bankının 2009-cu ildə qədərki iqtisadi göstəricilərini, eyni zamanda 2014-cü ilə qədər qısamüddətli və 2015-2050-ci illəri əhatə edən uzunmüddətli inkişaf proqnozları, əhali artımı, sərmayə artımı və kasıb ölkələrin qabaqcıl texnologiya baxımından inkişaf etmiş ölkələrə çatma sürəti nəzərə alıb.
İqtisadi tədqiqat şirkətinin hesablamalarına görə, 2050-ci ildə Ümumi Daxili Məhsulun (ÜDM) göstəricisinə görə, Çin, Hindistan, ABŞ, Braziliya, Yaponiya, Rusiya, Meksika, İndoneziya, Almaniya və İngiltərə sıralaması qeydə alınacaq. 2009-cu ilin ÜDM göstəricilərinə görə isə ardıcılllıq ABŞ, Çin, Yaponiya, Hindistan, Almaniya, Rusiya, İngiltərə, Fransa, Braziliya və İtaliya şəklində olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB