"28 yaşlı "Səs" müasir tariximizin hesabat salnaməsidir"

"28 yaşlı "Səs" müasir tariximizin hesabat salnaməsidir"

Əflatun Amaşov,

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı

- Elə kütləvi informasiya vasitələri var ki, onların yaranmaları və fəaliyyətləri konkret ideoloji missiya daşıyır. Azərbaycanda bu cür media orqanlarının mövcudluğu sevindirici və qürurvericidir. 28 yaşı tamam olan "Səs" qəzeti də missiyasının aliliyi baxımından fəxarətlə yada salınan nəşrlərimizdəndir.

"Səs" qəzeti çox çətin şəraitdə, müasir mətbu ənənələrimizin tam formalaşmadığı bir dövrdə işə başladı. 28 il əvvəlin ictimai-siyasi mühitinin ağırlığını nəzərdən keçirərkən, tam qətiyyətlə söyləmək mümkündür ki, "Səs" medianın xalq və dövlətçilik naminə köklənmə nümunəsi olub.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi kursa və dəst-xəttə sadiqlik böyük fədakarlıqdır. Bu gün "Səs" əməksevər insanların Ulu Öndərin ideyalarına, Prezident İlham Əliyevin apardığı siyasətə sadiqlik ruhunu yaşadan fədakarlıq məhsulu kimi diqqət çəkməkdədir. Nəşrin kollektivinin hər bir üzvünün qəzetin təkrarsız və bənzərsiz missiyaya sahibliyində müstəsna rolu var. Onlar zəhmətləri ilə jurnalist peşəkarlığını milli maraqlar naminə istifadənin örnəyini yaradıblar. Heç şübhəsiz, 28 ilin sevincindən ən böyük pay sahibi də onlardır.

Dövlətçilik ideallarına sadiqliyi media peşəkarlığı ilə çulğalaşdırmaq "Səs" qəzetinə geniş oxucu auditoriyası qazandırıb. Nəşr, nəinki oxucularının sevimlisidir, bütövlükdə, Azərbaycan cəmiyyətində qəbul edilən oturuşmuş mətbuat orqanıdır. Onunla bağlı hər bir əlamətdar hadisə tarixi yaşantımızın xatırlanma ümmanıdır. Bəli, 28 yaşlı "Səs" müasir tariximizin hesabat salnaməsidir. Əminəm ki, qəzetin qarşıdakı fəaliyyəti də, bu baxımdan əhəmiyyətli olacaqdır.

"Səs" qəzetinin rəhbərliyini və əməksevər kollektivini nəşrin fəaliyyətə başlamasının 28 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Onlara tutduqları yolda yeni yaradıcılıq uğurları və möhkəm cansağlığı arzulayıram!

Bütün xəbərlər Facebook səhifəmizdə