Qurban Məmmədov Əli Kərimli haqqında yeni ifşaedici faktlar açıqlayıb
Son vaxtlar diqqətçəkən məqamlardan biri də, müxalifət düşərgəsində baş verən qarşıdurmaların, bir-birini ifşaedici faktların hədəfinə çevirmək daha geniş xarakter almasıdır. Bütün bunlar, bir daha onu deməyə əsas verir ki, düşərgə daxilində baş verən, ikitirəlik və qarşıdurmalar yaxın günlərdə, bəzi partiyaların sıradan çıxacağı ehtimalını möhkəmləndirməkdədir. Bu, azmış kimi, xarici maraqlı dairələrin onlardan imtina edən mesajlar səsləndirmələri müxalifətin, onsuz da ağır olan durumunu daha kritik hal almasına təkan olub. Bu isə, müxalifət üçün siyasi intihara bərabərdir. Çünki pul-para olmadığı halda, fəaliyyət göstərmək, mitiqlər keçirmək ciddi problemə çevriləcək. Proseslərə əsasən, demək olar ki, artıq xarici təşkilatlarla müxalif partiyalar arasında yaranan soyuqluğun mənfi nəticələri özünü göstərməkdədir. Müsavat və AXCP-nin aparatında çalışanlar 3 aydır ki, aylıq maaşlarını almırlar, bu azmış kimi, mitinqlərin təşkili və keçirilməsi də, mümükünsüz olub. Eyni zamanda, xarici turne səfərləri də təxirə salınıb. Belə ki, A.Hacılı və C.Həsənli yanvarın ilk ongünlüyündə Avropaya səfər etməyi palanlaşdırsalarda, maliyyə vəsaiti olamadığından, səfər qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Xarici dairələr Əli Kərimlidən pullarını geri istəyirlər
Müxalifət üçün ən ağrılı məsələlrdən bir də, bir zaman partiya sədrlərinə yardım göstərənlərin indi də pullarını geri istəyirlər. Misal olaraq, 2005-ci ildə "Azadlıq" qəzetinə yardım məqsədi ilə Ə. Kərimliyə pul verən
Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allahverdiyevin sonradan bu addımı ilə kobud səhvə yol verdiyini və AXCP sədrinə müraciət edərək, ondan pulunu geri istəməsini göstərmək olar. S.Allahverdiyevin "Azadlıq" qəzetinin borclarının ödənilməsi, işçilərin maaşlarının verilməsi üçün ayırdığı pul Ə.Kərimli tərəfindən mənimsənilib. BQP sədri, millət vəkili Fazil Mustafa da bildirib ki, dürüstlükdən, ləyaqətdən, vətəni sevməkdən, guya xalqın marağının təəssübünü çəkməkdən danışan Ə.Kərimlinin arxa planda elə dələduzluqları var ki, aşkara çıxdıqca, cəmiyyət özü heyrətə gələcək ki, bu adamlar hansı üzlə başqalarına böhtan atır, irad bildirirlər, hətta tənqid edirlər? "Ona görə də, məncə, bu, çox ciddi informasiyadır və tam məsuliyyətimlə deyirəm ki, həqiqətə uyğundur. Bu mətbəxdə belə olay çox adi bir şeydir. O vaxtlar Xalq Cəbhəsinin də vəsaitlərinin bu cür dağıdılması, çirkin əməllərin baş verməsi göz qabağındaydı".
Məlumatlara istinadən, demək olar ki, «Soros» fondunun Avropa üzrə nümayəndəliyi də, Ə.Kərimliyə məktubla müraciət edərək, 2017-ci ildə AXCP-yə ayrılan maliyyə vəsaitinin geri qaytarılmasını tələb edilb. Eyni tələbin İngiltərədəki və Farnsadaki, fondalarda Ə.Kərimlidən istədikləri bildirilir. Bütün bunlar, artıq Ə.Kərimlinin yarasız məxluqa çevrildiyini və bundan sonra heç bir xarici maliyyə fondları onunla əməkdaşlıq etməyəcəklərini göstərir.
Əli Kərimli Cəmil Həsənlinidə düşməni gözündə görür
Maraqlı dairələr müxalif ünsürlərin öz dövlətlərinə xəyanət etdiklərini, alınan pulları şəxsi maraqlarına xərclədiklərini bilirlər. Bu, onları narahat da etmir. Əsas odur ki, öz təxribatçı maraqlarının təmin edilməsində əlaltıları fəallıq göstərsinlər, ortaya ciddi iş qoysunlar. Ancaq bu reallıqdır ki, nə təxribatçı dairələrin, nə də onların ölkəmizdəki qulbeçələrinə çevrilən əlaltılarının planları reallaşa bilməz. Çünki Ə.Kərimli, A.Hacılı və digərləri, tam şəkildə əhəmiyyətsiz şəxslərə çevriliblər. Artıq onları yaxın çevrələri də, kəsgin şəkildə ittiham edirlər. Onlardan biri də, qondarma hüquqşünas Qurban Məmmədovdur. Bir zaman eyni Ə.Kərimli ilə eyni qabdan qidalanan Q.Məmmədov bu dəfə mövqeyini 180 dərəcədə dəyişməli olub. "Milli Şura"dan çıxarılmasını həzm edə bilməyən Q.Məmmədov Ə.Kərimlini və onun sözçüsü C.Həsənli demək olar ki, hər gün sosial şəbəkələrdə paylaşdığı statuslarında tənqid və təhqir edir, onları əqidələrinə xəyanət etməkdə ittiham edir. Q.Məmmədov Ə.Kərimlini müstəqil mövqeyi olmayan və müəyyən dairələrə bağlı partiya sədri adlandırıb: "Müxalifətin birləşməsi və qismən də olsa, güc mərkəzinə çevrilməsi, Ə.Kərimlinin siyasətdən getməsi hesabına ola bilər. Ə.Kərimli qədər müxalifətə ən böyük zərbəni vuran ikinci şəxs olmayıb".
Maraqlıdır ki, Ə.Kərimli Q.Məmmədova cavab verərkən, heç bir məntiqə, konkret fikrə əsaslana bilməyib. Sadəcə, söz yığınından ibarət ifadələri ilə öz təbirincə onu söyüb təhqir edən Q.Məmmədova cavab veririb. Məsələyə münasibət bildirərkən, politoloq Məmməd Əlizadə bildirib ki, Q.Məmmədovun keçmiş həmfikiri Ə.Kərimlini təhqir etməsi təəccüblü görünməməlidir: "Bir vaxtlar "Yurd" sədri Əli Kərimlinin alovlu müdafiəçisi olan hüquqşunas Q. Məmmədov indi Avropada Nahid Cəfərov adında müxalif virtual bloggerin tərəfinə keçib. Nahid Cəfərovun Q. Məmmədovla maliyyə sövdələşməsi əsas amildir. Vəkil kimi Qurban bəy pula işləyir".
M.Əlizadənin sözlərinə görə, N.Cəfərov Q. Məmmədovu öz tərəfinə çəkməklə, Əli Kərimli üzərində qələbəsini bayram edir: "Əlinin adamları, başda guya "Ziyalılar Birliyinin" sədri Eldəniz Quliyevi Qurban Məmmədovun üstünə qaldırıblar".
Bir sözlə, proseslər Ə.Kərimlinin ziyanına işləyir. Bu isə, AXCP-yə yaxşı heç nə vədd etmir. Daha doğrusu, AXCP-nin Ə.Kərimlinin səhv siyasətinin acı nəticəsi olaraq dağılacağını və bununla da tarixin arxivinə atılacağından xəbər verir.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB