Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində quş ovuna qoyulan bir aylıq müvəqqəti qadağanın müddəti 1 yanvar 2011-ci il tarixdən etibarən daha bir ay uzadılıb.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, 1 Dekabr 2010-cu il tarixində qonşu ölkələrdə "quş qripi" xəstəliyinin (H1N1 virusu) aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yarandığından ölkə ərazisində quş ovuna 1 aylıq müvəqqəti qadağa qoyulub.
Qeyd edək ki, ötən müddət ərzində aidiyyəti qurumlar tərəfindən keçirilmiş monitorinqlər nəticəsində ölkə ərazisində quş qripi xəstəliyinə yoluxma halları aşkar olunmayıb. Lakin havaların nisbətən mülayim keçməsi səbəbindən Azərbaycana quşların miqrasiyası tam başa çatmayıb. Bu isə miqrasiya prosesi zamanı köçəri quşlar vasitəsilə xəstəliyin ölkəyə daxil olma ehtimalının hələ də aktual olduğunu göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB