Tehran Aİ-nin sanksiyalarına cavab verəcək

Tehran Aİ-nin sanksiyalarına cavab verəcək

Tehran Avropa İttifaqının terrorçuluqda ittiham olunan İran vətəndaşlarına qarşı sanksiyalarına cavab tədbirləri həyata keçirəcək. SİA-nın xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Kasemi bildirib.

“İran İslam Respublikası, bu addıma qarşı lazımi tədbirlər həyata keçirəcək. Avropa Birliyinin qərarı təəccüblüdur və İrana istiqamətli ittihamları əsassızdır”, - deyə XİN başçısı əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqı iki İran vətəndaşını və İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin strukturunu Avropadakı son hücumlarla bağlı təşkilatın terroristləri siyahısına daxil edib. Bundan əlavə, təşkilatın sanksiyalarla bağlı siyahısı genişləndirilib. Hazırda siyahıda 15 fiziki şəxs, qrup və strukturlar yer alıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə