“Əli Kərimli və Arif Hacılı xaricdən pul almağa ümid bəsləyirlər” RƏY-ÖZƏL

“Əli Kərimli və Arif Hacılı xaricdən pul almağa ümid bəsləyirlər” RƏY-ÖZƏL

"Azərbaycan müxalifət liderlərinin əksəriyyəti o zaman tərkibində olduqları Xalq Cəbhəsi zamanı bu sözləri işlədirdilər ki, Qarabağda 1-2 kəndi ermənilərə vermək lazımdır ki, hakimiyyətə istefa tələbi irəli sürsünlər". Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, yəni torpağı sataq hakimiyyətə gələk: "Bu insanlar bu gün həmin təfəkkürdədirlər və o təfəkkürdən bir addımda olsun irəli getməyiblər. Dövlətə nə olursa-olsun, xaricdən dövlətin nüfuzuna xələl gəlir, gəlsin Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri üçün bunun əhəmiyyəti yoxdur. Bunlar üçün bir şeyin əhəmiyyəti var, ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq, ölkəmiz haqqında yalan məlumatlar yaymaq və əvəzində xarici ağalarından pul qopartmaq. Dağıdıcı müxalif şəxslərin indiki əməlləri də həmin oyunun bir tərkib hissəsidir. Demək olar ki, həmin o şəxslər bu cür ucuz oyunbazlıqlarla, həm özlərini tamamilə nüfuzdan salırlar, həm də satqın və xəyanətkar şəxslər olduqlarını nümayiş etdirirlər. Əgər M.Hüseynov özü aclıq aksiyasını dayandırırsa və ona verilən müəyyən cəza ilə razılaşırsa və fikrini bildirirsə bu adamların bu cür hay-küy qaldırmasının yalnız bir mənası var, o da xaricdə ki, ağalarından pul qopartmağa ümid bəsləməkdir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə