"2019-cu ildə dünyada pərdəarxası gizli toqquşmalar artacaq" MÖVQE-ÖZƏL

"2019-cu ildə dünyada pərdəarxası gizli toqquşmalar artacaq" MÖVQE-ÖZƏL

“Dünyada vəziyyətin ildən-ilə artdığını nəzərə alaraq deyə bilərik ki, 2019-cu ildə gərgin artacaq. Geosiyasət böyük dövlətlərin elmidir. Bu baxımdan nə qədər ki, dünyanın güc mərkəzlərinin hər biri öz təsir, nüfuz məkanını genişləndirməyə çalışırsa, ildən-ilə biz bunun fəsadlarını görəcəyik”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

Dünyada gərginliyin artma səbəblərini açıqlayan politoloq söyləyib ki, artıq ABŞ-ın dünyada hegemon güc olması sual altındadır: “ABŞ liderliyin öhdəsindən çətinliklə gələ bilir və yeni güc mərkəzləri yaranır. Artıq Rusiya dünyanın güclər sırasına qayıtmaq, ikiqütblü dünya nizamının tərəfdarıdır. Üçüncü tərəfdən Çin də böyük rola malikdir. Bir çox analitiklərin də sözlərinə görə, hazırda dünyada gedən proseslərin mərkəzinə üç ölkə təsir edir ki, bura Vaşinqton, ABŞ və Çindir. Ola bilsin ki, Çin təsir edir, lakin göründüyü kimi ABŞ-ı qıcıqlandırmamaq üçün təsirini gizlətməyə çalışır”.

Politoloq söyləyib ki, ABŞ-ın müttəfiqləri ilə yaranan ziddiyyətlər 2019-cu ildə dünyada bir çox vektorların dəyişməsinə gətirib çıxara bilər.

Son 200 ildə dünyanın ən çox mübarizə nöqtəsinə çevrilən Yaxın Şərqdə baş verəcək proseslər haqqında söz açan S.İsgəndərov vurğulayıb ki, dünyada gedən proseslərin çoxu məhz bu bölgədə gedən proseslərdən asılı olacaq.

ABŞ-ın Suriyadan çıxmaq məsələsini spikulyasiya adlandıran ekspert qeyd edib ki, 2019-cu ildə baş verə biləcək hadisələr Suriyada hadisələrin necə cərəyan etməsindən də asılı olacaq: “Mən düşünmürəm ki, orada vəziyyət səngiyib. Bu ildə həmin ərazilərdə gərginliyin şahidi olacağıq. Ümumilikdə götürsək bu il təkcə münaqişələrin alovlanması, açıq müharibələrin gedəcəyi ilə bağlı gərgin olmayacaq, eyni zamanda cari ildə dünyada pərdə arxası gizli toqquşmalar, oyunlar gedəcək ki, bunun özü də gərginliyin artmasına gətirib çıxaracaq”.

S.İsgəndərov qeyd edib ki, bu il ABŞ - İran münasibətlərində ciddi proseslərində də ciddi, köklü dəyişiklikləri baş verə bilər: “İstənilən halda, dünya nizamında yaranan xaosu 2019-cu ildə həll etmək mümkün olmayacaq. Əksinə bu xaos daha da artacaq. Hazırda, ABŞ-ın, Qərbin əsas məqsədi dünya nizamını aradan götürməkdir. Qərb BMT-nin öz missiyasını bitirdiyini açıqlayır. Bildiyiniz kimi BMT İkinci Dünya Müharibəsindən sonra təsis etdiyi dünya nizamını tənzimləyən strukturdur. İndi Vaşinqton, onun və Qərbdəki müttəfiqləri BMT-nin indi təhdidlərə cavab vermədiyini və nizamın yenidən qurulmasını istəyir. Amma Rusiya bunu istəmir. Çünki, Qərbin yeni dünya nizamında Rusiya həll edici rola malik deyil. Mən düşünürəm ki, dünya keçid dövründədir. Belə olan məqamda dünyada gərginliyin azalmasından söz gedə bilməz”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə