"Azərbaycanın beynəlxalq aləmdə, regional proseslərdə rolu artıb" ÖZƏL-RƏY
“Azərbaycanın beynəlxalq aləmdə, regional proseslərdə rolu artıb. Azərbaycan hal-hazırda təhlükəsizlik ixracatçısıdır. Yəni vaxtilə biz özümüz-özümüzü qoruya bilmirdik. Amma Ümummilli Lider Heydər Əliyevdən sonra elə bir dövlət qurmuşuq ki, indi artıq başqa dövlətlər, regionlar özlərinin təhlükəsizliyinin təmin olunmasından ötrü bizə müraciət edirlər”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) dəvət olunması, KTMT ilə əlaqələri yəni KTMT-dən Azərbaycana olan münasibət çoxspektirli münasibətdir: “Orada Belarusiyanın, Qazaxıstanın, Rusiyanın Azərbaycana o kontekstdə üz tutmasının ayrı motivasiyası var. Yəni Rusiya fikirləşir ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Qafqaz regionunda təhlükəsizliyin təminində vacib rol oynaya bilər. Bildiyiniz kimi 2018-ci il həm də onunla xarakterizə olundu ki, artıq Suriyada İŞİD terror qruplaşması məhv olub. Hamı düşünür ki, İŞİD-in belə bir səsi Əfqanıstan vasitəsilə Mərkəzi Asiyaya gələcək, digər qismi isə Şimali Qafqaza gələcək. İndi Azərbaycanı həm Mərkəzi Asiyaya dəvət edirlər ki, ölkəmizin orada iştirakı artsın, həm də Rusiya bu tərəfdə Azərbaycanı KTMT-yə dəvət etməklə istəyir ki, Qafqazda təhlükəsizliyi, mövqeyi daha da güclənsin. Amma Belarusiya və Qazaxıstanın Azərbaycanı KTMT-də görməsi onların öz müstəqil siyasətlərini qorumaqda Azərbaycanı yanlarında görməkdən ibarətdir. Yəni Azərbaycanı 2018-ci ildə açıq-aşkar ümid yerinə çeviriblər.
Prezidentin həm 2018-ci ilin sonunda, həm də Rusiya televiziyasına verdiyi müsahibəsində yer ayrılırdı ki, Azərbaycan artıq dünya energetikası üçün Türkiyə-Azərbaycan formatını yaradır. Azərbaycan Prezidenti bəyanatlarına hədsiz fikir verən şəxsdir. Bu gün Azərbaycanın qaz kəməri artıq Avropaya gedir. Eləcə də Türkiyənin də qazı Rusiyanın ərazisindən Avropaya gedir. Hətta Azərbaycan lazım olsa Türkiyə ərazisində Rusiyaya qaz verə bilər. Əsas hədəf odur ki, Avropa enerji qıtlığı çəkməsin. Avropanın önündə Azərbaycan daha etibarlı enerji ixracatçısı kimi görünsün”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB