Yaxud, dişlədilər, didişdilər, diddilər...
Dağıdıcı müxalifətin hansı səmtə gedib, uğur qazanmaq istəyinin hələ də xəyal olaraq qalmasında daha çox günahkar göstərilən tərəfin AXCP sədri Əli Kərimli olması kimsəyə sirr deyil. Lakin gəlin-görək, bu kimi məsələlərdə günahkar həqiqətən də yalnız Ə.Kərimlidirmi? Uzun illərdir ki, ənənəvi və naftaliln qoxusu verən düşərgənin daxilində və xaricində İsa Qəmbərin, Rəsul Quliyevin, Arif Hacılının və sairlərinin var-gəl etmələrinə rəğmən, ortaya bir şey çıxara bilməmələri sözün əsl mənasında onların başağrılarına çevrilib. Belə başağrılarından biri də AMDP-nin sədri İsgəndər Həmidovdur ki, özü-öz başına oyun açıb. Daha dəqiq desək, “zirvə” deyilən müxalifət “birliyini” bir araya gətirib, “liderlik” sevdasına düşən AMDP sədri elə ilk dəfədən “uzun illərin müxalifətçi dostları” adlanndırdığı şəxslər tərəfindən bir kənara atıldı. Baxmayaraq ki, xəstə olub, xəstəxanaya düşəndə artistcəsinə onu yoluxmağa gedənlərdən və sosial şəbəkədə şəkil paylaşanlardan biri də elə Ə.Kərimli idi...
Lap yerinə düşən bir məsəl kimi... Şaxta Baba ilə Santa Klausun yola getməməsinə bənzəyən nifaq AXCP sədri Ə.Kərimlinin və onun kimi digər “liderlərin” əsas məqsədləri olaraq qiymətləndirilə bilər. Hətta kimsə müsbət yönlü ideya verərsə belə, həmin ideya dərhal “müxalifətə arxadan vurulan zərbə” adlandırılır və bu məsələdə də hansı məqsədlərin dayanması kimsəyə sirr deyil.
Danılmaz faktıdr ki, pul-para üstündə bir-birlərinin üzlərinə, şərəflərinə belə tüpürməyə hazırdırlar, hətta tüpürürlər də...
Bu gün Avropadakı “müxalifət” deyilən əndrəbadilərin belə, bir-birləri ilə yola getməmələri fakt olaraq ortaya qoyulub. Vidadi İskəndərlinin Qurban Məmmədovla, Tural Sadıqlının Məhəmməd Mirzəli ilə, Orduxan Teymurxanın Emin Milli ilə qarşıdurmalarının da arxasından bənzər məsələlər çıxır. Bu gün onların heç biri bir-birlərini nə həzm edir, nə də digər məsələlərini qəbul edirlər. Çünki ortada qrant (!) məsələsi var və bu danılmaz faktıdr ki, pul-para üstündə bir-birlərinin üzlərinə, şərəflərinə belə tüpürməyə hazırdırlar, hətta tüpürürlər də...
Əlbəttə ki, bu yanaşma onlara elə ənənəvi müxalifət “liderlərindən” keçib desək, yanılmarıq. Məhz bu kimi məsələlərdə fərqlənməyən avropalı və yerli “müxalifətçilər” eyni baxışlarını bölüşməkdədirlər.
Buna sübut olaraq, “n” qədər misal gətirmək mümkündür
Necə ki, Ə.Kərimli İ.Həmidovun “zirvəsini” rədd edib. Əbəs deyil ki, sosial şəbəkələrdə “müxalifətin birliyindən” dəm vuran AXCP sədri “müxalifət zirvəsi” haqqında nəzarətində olan səhifələrində bir cümləyə belə yer vermədi. Hətta, bununla yanaşı, o öz trolları vasitəsilə İ.Həmidovun “zirvəsi” haqqında canlı yayımlara, müzakirələrə hücumlar təşkil edir, orada iştirak edənləri təhqir etdirirdi. Buna sübut olaraq, “n” qədər misal gətirmək mümkündür. Təkcə, həmin ərəfələrdə yazılan rəylərə diqqət yetirsək, nəyin-necə olduğunu görə bilərik.
Belə bir vəziyyətdə suallar meydana çıxır ki, hər zaman olduğu kimi müxalifəti daxildən parçalayan Ə.Kərimli bu xisləti ilə müxalifəti birləşdirmək iddiasında yaşayır? Hər halda, onun “Milli Şura” deyilən milli qurumdan kənarda müxalifətçilik edənləri həqiqi müxalifət kimi tanımadığını bəyan etməsi faktı onun riyakar məqsədlərinin məntiqi göstəricisi olaraq qiymətləndirilməlidir.
Rövşən RƏSULOV
P.S. Yeri gəlmişkən, İsgəndər Həmidovun yanındakılar haradan bilsinlər ki, Əli Kərimli Xədicə İsmayıl və Qənimət Zahid vasitəsilə və “Human Rights Watch” xəttilə “The Guardian”a anonim məktub göndərib, onun müqabilində xüsusi qonorar alıb və bunu da İsgəndərin “zirvəsini” dağıtmağa yönəldib?
Yaxud, Ə.Kərimli haradan bilərdi ki, vaxtilə ona pul xərcləyənlər indi də İ.Həmidovu ortaya ataraq, ona görüm-baxım ediblər? Hər halda, tezliklə hər şey bəlli olacaq.
P.S.S. Onu da deyim ki, bəzi məlumatlara görə, Ə.Kərimli əlində olan qrantpullarını trollarına maaş kimi ödəyəcəkmiş, ancaq ödəməyib. Hətta trollar yeni il bayramlarını şampansız və “vzırvpaketsiz” keçiriblər. Yəqin, ona görədir ki, son vaxtlar AXCP sədrinin sosial şəbəkələrdəki haray-şivənləri az da olsa azalıb...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB