Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu veteranlarla xokkey oynayıb. SİA İHA-ya istinadən xəbər verir ki, veteran xokkeyçilərlə yarışma Qırmızı Meydanda qurulan buz meydançasında baş tutub. Matçdan öncə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşən Putin həmkarına da xokkey oynamağı təklif edib, lakin o, iş qrafikinin sıxlığı səbəbindən təklifi qəbul edə bilməyəcəyini deyib.
Putin və Şoyquya qarşı komandada veteranlar - Aleksey Kasatonov, Pavel Bure və Vyçeslav Fetisov yer alıblar. Prezidentin komandası 15:10 hesabı ilə qalıb gəlib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB