Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) prezidenti Telman Əliyev bildirib ki, CEO Award elit Beynəlxalq mükafatının təqdimat mərasimi 2011-ci ilin dekabrına nəzərdə tutulub.
SİA-nın xəbərinə görə, mükafat Xəzər-Qara dəniz və Baltik regionları dövlətlərinin istehsalat və sosial sahələrində, o cümlədən neft və qaz, daşınma, inşaat, turizm, avtomobil sənayesi, telekommunikasiyalar və İT-texnologiyalar, maliyyə-kredit sistemi, ekologiya, KİV-lər və s. sahələrdə daha fəal iştirak edən top-menecerlərə təqdim olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB