Yeni deputatlara treninqlər keçiriləcək - biabır olmamaq üçün

Yeni deputatlara treninqlər keçiriləcək - biabır olmamaq üçün

Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, erkən parlament seçkilərində seçilmiş deputatların ilk sessiyada iştirakları ərəfəsində hakim partiyanın “Mənim addımım” bloku yeni seçilmiş deputatlar üçün treninqlər keçirmək qərarına gəlib. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, buna səbəb, onların səriştəsizliyidir. Treninqlər Paşinyanın yaxın ətrafı hesab edilən Lena Nazaryan tərəfindən keçiriləcək və onun sözlərinə görə, daha bir məqsəd “Mənim addımım” blokunun yeni deputatlarının iclaslarda naşılıq edərək biabır olmaması ilə bağlıdır.

Artıq növbəti problemlər də yaranmağa başlayıb. Belə ki, deputatlar kabinet bölgüsü məsələlərində qarşıdurmala gedirlər. “Qərara alınıb ki, püşk atılsın və ədalətli seçim olsun. Elə kabinetlər var ki, həmin kabinetlərdə deputatlar iki-iki oturacaqlar, lakin çoxları buna razı deyil”, adıçəkilən nəşrə yaxınlığı ilə seçilən mənbə bildirib. Püşkün nə vaxt atılacağı ilə bağlı sualı da cavablandıran mənbə deyib ki, onun vaxtı müəyyənləşməyib: “Bəlli olan budur ki, Lena Nazaryan Arpinenin (Ovannisyan), Alen (Simonyan) isə Şarmazanovun kabinetində oturacaq, hətta komissiya sədrləri belə, kabinetlərini püşkatma yolu ilə seçəcəklər”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə