"Məcburi köçkünlər üçün ən müasir formada şəhərciklər salınıb" ÖZƏL-ŞƏRH

"Məcburi köçkünlər üçün ən müasir formada şəhərciklər salınıb" ÖZƏL-ŞƏRH

“Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı ölkədə bu təbəqədən olan insanların problemlərinin həlli yönümündə həyata keçirilən işlərin davamlı olduğunu və sona qədər davam etdiriləcəyini bir daha ifadə etdi”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, əgər bu günə qədər ölkədə 300 minə yaxın məcbur köçkün ailəsi mənzillə təmin olunubsa və proses davam etdirilirsə, deməli biz ölkədə 1 milyona qədər məcburi köçkünün hər birinin mənzillə təmin olunacağını görəcəyik və bu istiqamətdə Azərbaycan dövlətinin siyasəti davam edəcək: “Hələ 2003-cü ildə prezident seçkilərinin təbliğat kampaniyasında cənab Prezident ilk dəfə Biləsuvar rayonunun qaçqın şəhərciyində əhalinin bu təbəqəsindən olan insanların hər birinin mənzillə təmin olunacağı ilə bağlı dövlətin mühüm işlər görəcəyi barədə vəd verdi. O vaxtdan indiyədək artıq 15 ildir bu proses böyük sürətlə davam edir. Saysız-hesabsız qaçqın çadırları ləğv edilib. Məcburi köçkünlər üçün ən müasir formada şəhərciklər salınıb. Bütün bunlar Azərbaycan dövlətinin siyasətinin həqiqətən sosial məzmun daşıdığını bir daha ifadə edir.

Ölkə Prezidentinin ilk növbədə ehtiyacı olan təbəqələrin, o cümlədən məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün ardıcıl hümanist siyasət apardığını ifadə edir. Azərbaycan Konstitusiyasında dövlətimizin siyasətinin sosial və hümanist mahiyyəti birmənalı şəkildə ifadə olunur. Son illərdə məcburi köçkünlərin mənzillə təmin olunması sahəsində həyata keçirilən işlər Konstitusiyada ifadə olunmuş böyük həqiqətin gerçəkləşdirilməsini bir daha nümayiş etdirir. Azərbaycan dövləti dünyada sosial siyasətin hümanist xarakter daşımalı olduğunu bir daha nümayiş etdirir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə