Ermənistanda Manvel Qriqoryan məsələsi “şişir” ZİDDİYYƏTLƏR

Ermənistanda Manvel Qriqoryan məsələsi “şişir” ZİDDİYYƏTLƏR

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın yaxın çeçvrəsindən hesab olunan və birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı amansızlığı ilə seçilən general Manvel Qriqoryanın korrupsiya, qətl və s. ittihamları ilə Nikol Paşinyan hakimiyyəti tərəfindən mühakiməsi onun tərəfdarlarının etirazları ilə müşahidə olunmaqdadır. SİA aysor.am-a istinadən xəbər verir ki, M.Qriqoryanın tərəfdarları Yerevanda onun ağır xəstəliyə düşməsi səbəbindən azadlığa buraxılmasını tələb etsələr də, məhkəmə öz qərarını qüvvədə saxlayır. Eyni zamanda, erməni generalının tərəfdarlarına qarşı da aksiyalar keçirilir və onlar Paşinyan hakimiyyətindən keçmiş deputat və “Yerkrap” könüllülər ittifaqının sədrinin azadlığa buraxılmaması tələblərini səsləndirirlər.

“Əgər insanlar məhkəməyə yolları bağlamaqla təsir edirsə, hakimiyyət isə buna reaksiya vermirsə, onda Ermənistan konstitusiyaya görə anarxiya dövləti olaraq élan edilməlidir”, deyə jurnalistlərlə söhbətində M.Qriqoryanın vəkili Levon Baqdasaryan bildirib. Vəkilin sözlərinə görə, indi hüquq-mühafizə orqanlarında böyük problemlər yaranmağa başlayıb və buna səbəb sosial şəbəkələrdə Manvelyan tərəfdarlarının ünvanlarına səslənən iztehzalar, təhəqirlərdir

“Hakimiyyət elə görkəm alır ki, guya heç nəyi görmür”, deyən erməni generalının vəkilinin sözlərinə görə, əgər hüquq müdafiəçisi sözügedən problem haqqında müvafiq fkirlərini səsləndirərkən, dərhal tənqid və təhqirlərə məruz qalır”, deyən L.Baqdasaryan əlavə edib ki, polis rəisi təşkilatçıları qanunun ən sərt tələblərinə müvafiq olaraq, cavabdehliyə dəvət etməsi yerinə, onları öz yanına çağırır, məsləhətlər verir, hətta meydanlara çıxmaı tövsiyə etməklə yanaşı, yığılanların sayının çoxluğu vacibliyinə də işarə edir.

M.Qriqoryanın vəkili birinci məhkəmə instansiyasının çıxardığı qərarını şikayət etdiklərini deyib, lakin erməni generalının girov müqabilində azadlığa burxaılması tələbinin rədd edildiyini bildirib. Eyni zamanda, Nikol Paşinyanın məhkəmənin qərarının onun üçün gözlənilməz olması barədə dediyi fikirlərinin də qeyri səmimi olduğunu, inandırıcı görünmədiyini vurğulayıb: “Beləliklə, onlar insanların taleləri ilə oynayırlar. Əgər prokuratura Manvel Qriqoryanın girov müqabilində azadlığa buraxılacağı halda onun istintaqın gedişinə hər hansı bir təsir göstərdiyini aşkar edərsə, hər hansı bir cinayət əməli törədərsə, onda biz özümüz generalın yenidən həbsxana kamerasına aparılmasını tələb edərik”.

Qeyd edək ki, ilkin istintaq orqanı iddia etmişdi ki, general M.Qriqoryan Ermənistanı tərk edərək, Qarabağa gedə bilər. Bu məsələyə də münasibət bildirən vəkil Bqadasaryan bildirib ki, bu cür iddialar absurddur. “Deyirlər ki, o azadlığa çıxarsa, Ermənistanı tərk edəcək, mən onlara sual verirəm axı o hara gedəcək? Bilirsiniz, cavab verirlər ki, Manvel Qriqoryan “Artsaxa” (Xankəndinə-R.N.) gedəcək. Rəsmi şəkildə bəyan edirlər ki, həbs qərarını dəyişə bilmərik”, deyən erməni generalının vəkli artıq Avropanın insan haqları məhkəməsinə müraciət edəcəyini bildirib.

Xatırladaq ki, Qriqoryan həbs olunarkən, onun şəhər ətrafındakı villasından çoxsaylı odlu silahlar, əsgər qidaları, bahalı avtomobillər aşkar olunmuşdu. Eyni zamanda, onun Saerj Sarkisyan hakimiyyəti dövründə bir neçə qətl hadisələrində də adı hallanmaqdadır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə