“İlin adamı” və”“İlin QHT-si” bəlli oldu

“İlin adamı” və”“İlin QHT-si” bəlli oldu

Bu gün "İlin adamı", "İlin millət vəkili", "İlin QHT-si", "İlin Şirkəti" və s. nominasiyalar üzrə qalibləri müəyyən etmək üçün keçirilmiş sorğunun nəticələri açıqlanıb.

SİA-nın xəbərinə görə, dekabr ayının 22-dən etibarən Qaynar.info xəbər portalında başlayan və 1 həftə davam edən sorğuda 9 nominasiya üzrə ilin fəalı müəyyənləşdirilib.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İlin adamı" nominasiyasının qalibi seçilib.

"İlin QHT-si" isə Gənclər üçün Təhsil Mərkəzi (GTM) seçilib.

Digər nominasiyalar üzrə isə qaliblər aşağıdakılardır:

- "İlin millət vəkili" - Qənirə Paşayeva,

- "İlin dövlət qurumu" - Daxili İşlər Nazirliyi (DİN),

- "İlin rayon icra hakimiyyəti"- Səbail rayon İcra Hakimiyyəti,

- "İlin mətbuat xidməti" - Dövlət Sosial Müdafiə Fondunun Mətbuat Xidməti,

- "İlin şirkəti"- "Azerfon" MMC,

- "İlin televiziyası"- "Azad Azərbaycan" televiziyası (ATV),

- "İlin universiteti"-Azərbaycan Dillər Universiteti (ADU).

Bütün xəbərlər Facebook səhifəmizdə