2018-ci il Azərbaycanın böyük uğurları ilə yadda qaldı. Ölkəmiz yenə də qlobal səviyyədə tədbirlər keçirdi, beynəlxalq layihələrdə iştirak etməyə davam etdi, regionda və beynəlxalq aləmdə baş verən çaxnaşmalar, təlatümlər fonunda prezident İlham Əliyevin dediyi kimi "sabitlik adası" olmağa davam etdi. Lakin təəssüf ki, bu uğurları görməzdən gələn, xarici ölkələrdə məskunlaşan bir qrup mühacir ölkə rəhbərliyinə, ali dövlət vəzifəsi daşıyan şəxslərə, xüsusilə də prezident İlham Əliyevə və onun komandasına daxil olan bir sıra sədaqətli, Azərbaycan dövlətini və xalqını sevən, onun rifahı yolunda gecə-gündüz çalışan dövlət xadimlərinə böhtan kampaniyası aparmağa davam edirlər.
Bunun da bir sıra səbəbləri var: Söyüş kampaniyası aparan, əlindən və dilindən söyüş və təhqirdən başqa heç nə gəlməyən, sivil yolla etiraz etməyə intellekti çatmayan həmin qaragüruh qüvvələrin artıq anti-Azərbaycan siyasəti aparan mərkəzlərdən qrant və təlimat almaları, hətta bəzi ölkələrin xüsusi xidmət orqanları trəfindən agent qismində əməkdaşlığa cəlb ediməsi heç bir şübhə doğurmur. Bu fakt hətta onların öz aralarında baş verən haqq-hesab çürütmələri zamanı aşkar surətdə özlərinin etiraf etdikləri faktdır. Məqsəd ölkə rəhbərliyini nüfuzdan salmaq, daxildə iğtişaşlara çağırış etməklə sabitliyi pozmaq, ölkəmizin qazandığı uğurları gözdən salmaqdır. Təbii ki, həmin şəxslər müəyyən mərkəzlərdən göstəriş alır, onarın tapşırığını yerinə yetirirlər. Müharibə başlayanda ilk olaraq qarşı tərəfin strateji sahələri vurulduğu kimi, hakimiyyətə qarşı informasiya müharibəsində də ilk olaraq onun düşünən beyinləri, onurğa sütunları hesab olunan şəxslərə hücumlar olunur. Bu, ilk növbədə ölkənin prezidentidir. O, təkcə hakimiyyətin əsas şəxsi deyil, eyni zamanda dövlətin rəmzi, onun başında duran şəxs, Ali Baş Komandandır. Ona görə də bu cür haqsız hücumların əsas hədəfi cənab Prezidentdir.
Lakin onun komandası, xüsusilə də ictimai-siyasi sahə kimi ağır yükü daşıyan şəxs olaraq Əli Həsənov da əsas hədəflərdən birinə çevrilib. Çünki xidməti vəzifəsi və şəxsi əqidəsi gərəyi Əli müəllim yazdığı bir məqalə, sosial şəbəkədəki cəmi bir neçə cümləlik statusla bu şəxslərin hamısının birlikdə aylarla, günlərlə apardığı böhtan kampaniyasını susdurmaq, cəmiyyətə əsl həqiqətləri göstrmək iqtidarındadır. Əli Həsənovun tərbiyəsiz, dünyagörüşü məhdud, elementar etika qaydalarından xəbərsiz olan bu insanların hədəfinə çevrilməsinin əsas səbəbi onun cənab prezidentə olan sonsuz sədaqətidir. Əli müəllim daima öz fəaliyyətində Azərbaycan dövlətinə, onun qurucusu Heydər Əliyev yoluna və bu yolun layiqli davamçısı İlham Əliyevin siyasətinə sadiq olub, bir an da olsa bu əqidəsindən dönməyib.
O, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun rəhbərliyi ilə Azərbaycanın yenidən müasir dövlət kimi qurulması, dövlətçilik ənənələrinin formalaşması və inkişaf etdirilməsi, Azərbaycanın dünya birliyinə inteqrasiya prosesində yaxından iştirak etmiş dövlət xadimidir. Məhz böyük Heydər Əliyevin etimadı ilə ölkənin ictimai-siyasi proseslər siyasətinə rəhbərlik edən səlahiyyətli şəxs kimi o bu işinin öhdəsindən layiqincə gəlmiş, bu gün də gəlməkdədir. Onun rəhbərlik etdiyi sahə olduqca strateji, əhəmiyyətli bir istiqaməti - ölkə başçımızın ictimai və siyasi fəaliyyət sahəsinin əsas prioritetlərini müəyyən etmək və onun uğurla həyata keçirilməsindən ibarətdir. Məhz dövlət başçısının bilavasitə rəhbərliyi, diqqət və qayğısı, Əli Həsənovun ölkə başçısının qarşıya qoyduğu vəzifələrə dəqiq və ciddi şəkildə əməl olunması nəticəsində Azərbaycan dövlətinin bu mühüm strateji sahəsi demokratiya, hüquqi-dövlət və qanunun aliliyi prinsipləri əsasında uğurla inkişaf edir.
Bu gün onun fəaliyyət sahəsinə aid olan sahələr qüsursuz, mükəmməl bir şəkildə fəaliyyət göstərir. Xüsusən Azərbaycanda ən mühüm və həssas sahələrdən biri olan media sürətlə inkişaf edir, Konstitusiyanın tələblərinə və beynəlxalq standartlara cavab verən bir səviyyədə öz işini qürur. İnsan hüquq və azadlıqları, söz və vicdan azadlığı, plüralizm ölkəmizdə yüksək səviyyədə qorunur. Azərbaycan bu sahədə dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsindədir. Azərbaycan mediasına yanaşmada dövlət siyasəti həm ölkə Konstitusiyası, həm də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalara uyğun şəkildə tənzimlənir.
Media istənilən ölkədə ən mürəkkəb sahələrdən biridir. Bu, bilavasitə dövlət hakimiyyəti və cəmiyyət arasında bir körpüdür. Medianın fəaliyyəti üçün əsas şərt onun müstəqil, azad olmasıdır. Lakin azadlıq özü də nisbi anlayışdır. Onun müəyyən olunması kriteriyaları da çox subyektivdir. Ələlxüsus, medianın azadlığından söhbət gedirsə, vəziyyət bir qədər də fərqli olur. Çünki media cəmiyyətin güzgüsüdür, burada minlərlə obyektiv və subyektiv iştirakçılar, deməli yanaşmalar və mülahizələr mövcud ola bilər. Böyük mətbuat ordusu məlumat əldə etmək imkanından razı olsa da, xalq dövlətin siyasəti və dünya siyasəti barədə kifayət qədər geniş, operativ və obyektiv məlumat almaq imkanı olsa da, bəzən bunu görmək istəməyən, yaxud görüb etiraf etmək cəsarəti olmayan bir və bir və ya bir neçə şəxsin Azərbaycanda medianı qeyri-azad adlandırması ədalətli, obyektiv və qərəzsiz yanaşma kimi qəbul oluna bilməz. Burada media haqqında qanunların mütərəqqiliyi, qələm sahiblərinin öz sözlərini azad şəkildə demək imkanlarının olması, dövlətin bu sahəyə qayğısı və diqqəti, həssaslıqla yanaşması mühüm amillərdir.
Azərbaycan Respublikasında hər şeyi qanunlar və Prezidentin öz səlahiyyətləri çərçivəsində iradəsi həll edir. Əgər Prezident hər hansı məsələyə, o cümlədən media ilə bağlı şəxslərə, problemlərə müdaxilə edirsə, bu, bir qayda olaraq humanist məqsəd daşıyır. Müəyyən problemlərə, qanun pozuntularına görə həbs edilmiş media nümayəndələrinin azad olunması xüsusən təqdirəlayiqdir.
Digər bir diqqətəlayiq məsələ isə Azərbaycan mediasının mövcud durumudur. Uzun illər medianı izləmiş, hazırda isə politoloq kimi fəaliyyətimlə əlaqədar səmimi şəkildə, vicdan hissiylə onu deyə bilərəm ki, bizdə mətbuat azaddır! Hətta hərdən jurnalist yoldaşlara açıqlama, müsahibə verəndə sual verəndə ki, bunu desəm olarmı?, "Nə istəyirsiniz deyin, heç bir problem yoxdur" cavabından başqa qeyri bir şey eşitməmişəm. Bu, medianın azad olmasından xəbər vermirmi?! Əgər bu gün ölkədə prezidentdən tutmuş sıravi məmuradək istənilən şəxs haqqında tənqidi yazılar verilirsə, media niyə azad hesab olunmasın?! Və əgər bunu iddia edən şəxslər bunu çıxıb Azərbaycan mətbuatında deyə bilirsə, xarici ölkələrdən mənşəyi məlum olmayan təşkilatlardan yüz minlərlə dollar qrant alıblarsa, medianı həm də biznesə çeviriblərsə, demək azad media və sahibkarlıq var.
Bu gün Azərbaycan dövlətinə ən müxtəlif istiqamətlərdən təzyiq göstərilməyə çalışılır ki, bunlardan da biri vətəndaş cəmiyyətinə və medianın inkişafına yardım adı altında milyonlarla dollar qrant verməklə bir sıra şəxslərin ələ alınması yolu ilə hakimiyyətə təzyiq göstərilməsidir. Bu cür təzyiqlərin neytrallaşdırılması, ölkəmizin siyasətinə müdaxilə edilməsinə imkan verməmək müdrik yanaşma tələb edir. Məhz bu cür yanaşmanı Prezident İlham Əliyevin rəhbərliyi altında ictimai-siyasi məsələlər sahəsinə bilavasitə rəhbərlik edən Əli Həsənov göstərir. Tarix elmləri, doktoru professor Əli Həsənov həm də böyük alimdir. O, Azərbaycanda beynəlxalq münasibətlər və geosiyasət elm sahələrinin banisidir. Bildiyimiz kimi SSRİ dövründə diplomatiya, beynəlxalq münasibətlər, geosiyasət elmləri Azərbaycanda inkişaf etməmişdi. Bu elit, strateji sahələr nəhəng fövqəldövlətin mərkəzi Moskvada və Kiyevdə cəmləşmişdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahələrə kəskin ehtiyac və böyük maraq yarandı. Lakin Azərbaycan dilində dərsliklər yox dərəcəsində idi. Rus dilində olanlar isə sovet ideologiyasına əsasən yazıldığından çox hallarda müasir beynəlxalq siyasətin prioritetlərini və hazırkı şəraiti lazımi səviyyədə əks etdirmirdi.
Belə bir zamanda məhz Əli Həsənov Azərbaycan dilində beynəlxalq münasibətlər və geosiyasət elmlərinə dair sanballı elmi əsərlər yazaraq bu boşluğun doldurulmasına nail oldu. Onun kitabları həm də ona görə qiymətli əsərlər hesab oluna bilər ki, Azərbaycan Respublikasının xarici siyasəti, beynəlxalq münasibətlər sistemində iştirakının əsas prinsipləri, fəaliyyət istiqamətləri və perspektivləri barədə dəqiq, dolğun, sanballı mənbələrdir.
Geosiyasət hətta sovet dövründə də açıq şəkildə elm sahəsi kimi qəbul olunmurdu. Lakin sovet ideologiyasının tarix səhnəsindən silinməsi post sovet məkanında, o cümlədən ölkəmizdə bu elmin beynəlxalq münasibətlər sistemindəki yeri və roluna dair yeni bir zərurət yaratdı. Əli Həsənov Azərbaycanda geosiyasət sahəsində ən sanballı araşdırmalara imza atmış, bu sahəyə dair qiymətli əsərlər yazmış alim, ölkəmizdə bu elm sahəsinin, milli geosiyasət elminin banisidir.
Eyni zamanda, onun yaradıcılığında vətənpərvərlik, Azərbaycanın üzləşdiyi ağrılı problem - Qarabağ məsələsi və onun beynəlxalq, siyasi, ictimai, humanitar aspektləri xüsusi yer tutur. Artıq bir neçə ildir ki, Əsrin faciəsi hesab olunan Xocalı soyqırımının ildönümləri ərəfəsində Əli Həsənov bununla bağlı silsilə kitablarını bir neçə xarici dildə yerli və beynəlxalq ictimaiyyətə təqdim edir. Bu kitablar Leyla Əliyevanın başladığı "Xocalıya ədalət" kampaniyasının mühüm informasiya dəstəyi olmaqla bugünkü və gələcək nəsillərə, bütün dünyaya Xocalının və bütövlükdə Azərbaycanın haqq səsini çatdırır.
Daldalandıqları xarici ölkələrdə bircə dəfə də olsa Ermənistanın işğalçı siyasətinə etiraz etməyən, nə Avropa Birliyi, nə Avroa Şurasının binaları, nə də Ermənistan səfirliklərinin qarşısına gedib bircə dəfə də olsa səsini qaldırmayan, hərəsi qabağına bir kompüter qoyub söyüş söyməklə gününü keçirən həmin şəxslərin dediklərinin puç və mənasız olduğunu özləri də bilir. Onların fəaliyyəti isə erməni diasporasının ölkəmizə qarşı növbəti kampaniyasından başqa bir şey deyil. Burada əsas söz sahibi Azərbaycan xalqıdır. Xalq isə öz seçimini çoxdan edib və öz prezidentini sevir!
Nəzakət Məmmədova, politoloq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB