Moskvada baş verən məlum hadisələrdən sonra Gəncədən Moskva şəhərinə uçan sərnişinlərin sayı azalıb. SİA-nın bölgə müxbirinin Gəncədə fəaliyyət göstərən aviaşirkətlərdən əldə etdiyi məlumata görə, hazırda Rusiyanın paytaxtına getmək istəyənlər azdır. Əgər adi günlərdə gün ərzində 100 sərnişin uçurdusa, indi bu rəqəm yarıya enib.
Qeyd edək ki, Gəncə başda olmaqla Şəmkir və digər rayonlardan Rusiya Federasiyasına işləmək üçün üz tutanların sayı yetərincə olsada əhali artıq şımal qonşumuza getmək istəmir. Əvəzində Moskvadan Gəncə və ətraf bölgələrə qayıdanların sayında artım müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB