İran prezidenti nüvə enerjisi əldə etmək haqqından güzəştə getməyəcəklərini deyib

İran prezidenti nüvə enerjisi əldə etmək haqqından güzəştə getməyəcəklərini deyib

İran prezidenti Mahmud Əhmədinejad nüvə müzakirələrinə İstanbul, Tehran və Braziliyada davam etməyə hazır olduqlarını söyləyib.

SİA-nın xəbərinə görə, Əhmədinejad xalqa müraciətində nüvə məsələsi ilə bağlı müzakirələrə tərəfdar olduğunu deyib, ancaq ölkəsinin nüvə gücü kimi qəbul edilməsini istəyib.

Siyasi təzyiq, təbliğat və sanksiya qərarlarının İranı yolundan döndərmədiyini qeyd edən Əhmədinejad "Bu mübarizədə İran xalqı qələbə qazandı" deyib.

Əhmədinejad Qərb ölkələrini nəzərdə tutaraq "Onlar İran xalqının haqlarını rəsmən tanıyar və səmimi şəkildə müzakirə masasına oturarlarsa, hər kəs qazanacaq" söyləyib.

İran prezidenti nüvə enerjisi əldə etmək haqqından zərrə qədər güzəştə getməyəcəklərini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə