“Hər iki liderin qarşılıqlı səylərinin böyük əhəmiyyəti var" ÖZƏL-ŞƏRH
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə haqlı olaraq dedi ki, 2018-ci il Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından çox məhsuldar il olub. 2018-ci il həqiqətən məshduldar olub”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Moskvaya səfəri, eləcə də Rusiya Prezidentinin Bakıya səfəri və bu səfərlər zamanı imzalanmış bir sıra mühüm sənədlər onu göstərir ki, 2018-ci ildə iki ölkənin rəhbərliyi arasında intensiv dialoq həyata keçirilib və iki ölkə arasında iqtisadi, ticarət, mədəni əlaqələri daha da genişləndirmək üçün müvafiq səylər göstərilib: “Məhz bunu nəticəsində də qarşılıqlı ticarət dövriyyəsinin həcmi xeyli artmışdır. Hər iki ölkə arasında imzalanan sənədlərlə bu münasibətlərin daha yüksək səviyyəyə qaldırılması nəzərdə tutulur. Həqiqətən də Azərbaycan regionun ən güclü dövləti kimi Rusiya ilə etibarlı əlaqələr qurmağa nail olub. Zənnimcə Rusiyanın Azərbaycana etimadı yüksək səviyyədədir. Bu etimadın yaranmasında hər iki liderin qarşılıqlı səylərinin böyük əhəmiyyəti var. Sadəcə olaraq Qarabağ məsələsində Rusiyanın daha da fəallaşmasına ehtiyac var. Ötən gün Avropa Birliyinin post-sovet məkanındakı münaqişələrə dair xüsusi bəyanatı oldu.
Xüsusilə Dağlıq Qarabağ probleminin ətrafında da səsvermə zamanı erməni lobbisinin təxribatına baxmayaraq Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi barədə parlament böyük səs çoxluğu ilə qərar qəbul etdi. Bu diplomatiyamızın, ölkə Prezidentinin səylərinin çox gözəl nəticəsidir. Biz çox istərdik ki, Rusiya da bu cür obyektiv mövqeyə gəlib çatsın və birmənalı qaydada Azərbaycanın ətazi bütövlüyünü dəstəkləsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB