"Heç bir məsələ Azərbaycan-Türkiyə münasibətlərini korlaya bilməz"
"Azərbaycan müstəqil dövlət olaraq istənilən ölkə ilə əməkdaşlıq edə bilər". Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın hər hansı ölkə ilə münasibət qurması Türkiyəni heç zaman narahat etməz: "Eyni zamanda Türkiyənin də hansısa ölkə ilə münasibət qurması Azərbaycanı narahat etməz. Türkiyə və Azərbaycan qardaş dövlətlərdir. Bizim münasibətlər heç nəyə bənzəməz. Heç bir məsələ bizim münasibətlərimizi korlaya bilməz".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB