2010-cu ildə vəzifələrini yerinə yetirərkən 105 jurnalist həlak olub

2010-cu ildə vəzifələrini yerinə yetirərkən 105 jurnalist həlak olub

Jurnalist hüquqlarının müdafiəçi qrupu 2010-cu ildə vəzifələrini yerinə yetirərkən 105 jurnalistin həlak olduğunu bildirir. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Press Emblem kampaniyasının hesabatında deyilir ki, jurnalistlərin qətli müalicəsi olmayan epidemiyaya çevrilib.

Təşkilatın rəhbəri Bleys Lemperin bildirdiyinə görə, beynəlxalq ictimaiyyət günahkarların ədalət məhkəməsi qarşısına çıxarılması üçün effektiv bir mexanizm yaratmalıdır. Hesabatda Meksika və Pakistan media işçiləri üçün ən təhlükəli ölkələr adlandırılır. 2009-ci illə müqayisədə jurnalist ölümü göstəriciləri daha az olub. Həmin il dünyada 122 jurnalist öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə