“Hər kəs Ermənistanda seçkilərin nəticəsini gözləyir” MÖVQE-ÖZƏL
“Hər kəs Ermənistanda seçkilərin nəticəsini gözləyir. Məhz bu səbəbdən də Azərbaycan - Ermənistan XİN başçılarının növbəti görüşü seçkilərdən sonra keçiriləcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Ermənistanda seçkilərin keçirildiyini nəzərə alaraq hər kəs məsələyə təmkinlə yanaşmağa çalışır.
Politoloq söyləyib ki, XİN başçılarının dekabrın 5-də Milanda baş tutan son görüş ümumi ab-havanın öyrənilməsi, siyasi vəziyyəti bilmək üçün bir şans idi: “Hazırda əlbəttə ki, diqqət yalnız seçkilərə yönəlib. Amma bu o demək deyil ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən geri çəkilib. Substantiv, mərhələli danışıqlar, ölkəmizin ərazi bütövlüyünün təmini ilə bağlı ortaya qoyulan məsələlər Azərbaycan üçün vacibdir və tezliklər həllini gözlədiyini problemdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB